Ölkə futbolu
“İndi daha yaxşı yaşasaq da, həmin bozbaşın dadını, ləzzətini ala bilmirik”
AFFA-nın Məşqçilər Komitəsinin üzvü Şakir Qəribov affa.az saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:
- Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edirik. Özünüzü necə hiss edirsiniz?
- Təbrik üçün təşəkkür edirəm. Yaxın yoldaşlarla söhbət eləyən zaman bir qədər heyrətlə deyirlər ki, 60 yaşın olur. Amma 60 yaş nədir ki?! Gözünü yumub-açırsan, illər keçir. Əlbəttə, hər kəs cavan qalmaq istəyir. Gücün varsa, gümrahsansa, gəzirsənsə, qidalanmağın normaldırsa, deməli, özünü yaxşı hiss edirsən.
- Ötən günləri tez-tezmi vərəqləyirsiniz?
- Bizim futbol oynadığımız dövrdə vəziyyət indikindən çətin olub. 1991-ci ildən müstəqilliyimizi bərpa etmişik. İndi futbol oynamaq üçün hər cür şərait yaradılıb. Yeni bazalar, meydançalar tikilib. Amma sovet dövründə çətinliklər çox idi. Şərait yaxşı deyildi. Buna baxmayaraq, məsuliyyətimiz böyük idi. Futbol oynayanda pulu deyil, valideyinimizi düşünürdük, istəmirdik onlar bizə görə utansınlar. Ona görə də yaxşı oynamağa çalışırdıq. Təbii ki, istəyimiz “Neftçi”nin əsas heyətinə düşmək idi. Əgər əsas heyətdə yer alırdınsa, o zaman özünü futbolçu hesab edirdin. Əhalisinin sayına görə ölkəmiz kiçik dövlət olmasa da, cəmi bir əsas komandamız var idi. Üstəlik, Sabirabad kimi rayondan gəlib Bakıda futbol oynamaq, həmin komandaya düşmək heç də asan deyildi.
- Uşaqlıq illərinizi necə xatırlayırsınız?
- Ailədə 8 uşaq idik - 6 qardaş, 2 bacı. Atam çayçı olub. Böyük qardaşlarım 24-25 yaşına qədər atamın çayxanasında işləyiblər. Daha sonra hərə özünə bir sənət seçdi. Uşaqlıq dövrümüz çox çətin keçib. Bir qazanımız var idi, 1 kiloqram ətin bozbaşını 8 nəfər yeyirdik və hamımıza çatırdı. Nə qədər çətin olsa da, ləzzəti başqa idi. Açığı, indi daha yaxşı yaşasaq da, həmin bozbaşın dadını, ləzzətini ala bilmirik. Çətinliyin həyatımıza müsbət təsiri də oldu. O günləri görməsəydim, bəlkə də futbolçu olmayacaqdım. Yeri gəlmişkən, qardaşlarım da futbol oynayırdılar. Amma bu yolu sona qədər qət edən mən oldum.
- Bəs indi niyə əvvəlki mehribançılıq, qayğı hiss olunmur?
- Həqiqətən insanlar mehriban, qayğıkeş idi. Paxıllıq çox az idi. Hər kəs son tikəsini bir-biri ilə bölüşməyi bacarırdı. Ab-hava çox yaxşıydı. Bu da tərbiyədən, əhval-ruhiyyədən irəli gəlirdi. İndi texnikanın tərəqqi etdiyi dövrdə yaşayırıq. Gənclər vaxtlarını daha çox kompüter arxasında, televizor qarşısında, ya da telefonla keçirir. Texniki tərəqqinin də müsbət tərəfləri var. Lakin bəzən telefona o qədər aludə olurlar ki, hətta yolu keçən zaman da başlarını qaldırıb sağa-sola baxmırlar.
- Necə oldu ki, futbol ənənəsi olmayan bir rayon Şakir Qəribov kimi futbolçu yetişdirdi?
- Evimizin yaxınlığında yerləşən Mikayıl Müşfiq adına orta məktəbi bitirmişəm. Məktəbə getməyimin də qəribə tarixçəsi olub. Hələ 6 yaşım tamam olmamışdı, adımı birinci sinifə yazdıranda. Uşaqlar məktəbə gedən zaman onların arxasınca ağlayırdım. Bir gün atam dedi ki, çantanı götür, gedək məktəbə. Məktəbin direktoru atamla tanış idi. Qardaşlarımdan birinin paltarını geyindim, o birinin çantasını götürdüm və atamla məktəbə yollandım. Amma direktor atama dedi ki, yaşı azdır. Atam da xahiş etdi ki, Hüseynağa müəllim, bir müddət gəlsin, oxuya bilsə, ikinci sinifə keçirərsiz, bacarmasa, gələn il yenə birinci sinifə gedər. Məktəbə tez getməyimin futbol oynamağıma da təsiri oldu. Evimizin yanında bağ var idi və orda çoxlu ağac əkilmişdi. Yarış qurmuşduq, kim ağacların arasından topla sürətli keçə bilər, 15-20 metlik məsafədən nazik ağacı kim vura bilər və s. Məktəbdə yaxşı futbol oynadığıma görə Uşaq Gənclər İdman Məktəbinə dəvət etdilər. Daha sonra Sabirabadın birinci komandasına qoşuldum. Sovet dövründə hər il Spartak stadionunda perspektivli futbolçuların yarışını keçirirdilər – yeri, gəlmişkən, ötən ilin dekabrında U-17, U-18 və U-19 yığmaları arasında mini-turniri keçirməkdə məqsədimiz həmin ənənləri bərpa etməkdir. Həmin vaxt mənimlə Ruslan Həbibovun adını qeyd edib idman komitəsinə verdilər. Bir gün istedadlı gəncləri Bakıya dəvət etdilər və oyunlarımızı izlədilər. Oyunumuzu bəyəndilər, Gəncə “Dinamo”sunun ovaxtkı baş məşqçisi Vaqif Abbasov “Dinamo”ya dəvət edəcəklərini dedi. İş elə gətirdi ki, Gəncəyə getməli idim, gözlənilmədən 17 yaşımda “Neftçi”yə çağırdılar. Həmin vaxt “Neftçi”də 3 qrup - əsas heyət, əvəzedicilər və bizim kimi gənclərdən qurulmuş komanda - var idi. Əvəzedicilərdə məqş etdik, xoşlarına gəldik. Ruslanla mənim Bakıda qalıb məşq etməyimiz üçün 110 manat təklif etdilər. Digər variant isə Gəncədə oynamaq idi. Onda Gəncə də güclü idi. Biz də oynamaq üçün Gəncəni seçdik. İki il orada oynadım. 1975-ci ildə hərbi xidmətə yollandım. Krasnodara düşmüşdüm. Sonra general Popovun teleqramı əsasında Bakıya, OİK-ə döndüm. İki ili bu komandanın heyətində keçirdim. 1976-cı ildə “Neftçi” I dəstədə oynayırdı və baş məşqçi Gennadi Bondarenko idi. Həmin vaxt OİK-lə “Neftçi” həftədə bir dəfə yoldaşlıq oyunu keçirirdi. Bondarenko Vaqif İbrahimovla məni bəyənib “Neftçi”yə dəvət etdi. Amma əsgərliklə əlaqədar pasportumuzu təhvil veridyimizdən, bizi qeydiyyata sala bilmədilər. Məcbur olub, xidmətin sonuncu gününə qədər OİK-də qaldıq. Nəhayət, 1977-ci ildə “Neftçi”yə keçidim baş tutdu və 160 manat maaş qarşılığında oynamağa başladım. Altı ay ərzində əsas heyətə düşdüyümə görə, əmək haqqım 250 manata çatdırıldı. Arada 2 illik fasilə olmaqla 1988-ci ilə qədər “Neftçi”də çıxış etdim. Karyeramın son aylarını isə Gəncədə keçirdim. Həmin vaxt Anatoli Banişevski baş məşqçi idi. Dedi ki, gəl 6 ay kömək elə, sonra yanımda qalıb, məşqçi kimi çalışarsan. Razılaşdım, amma sonra o, komandada qalmadı. Mən də ilin sonunda işləmək üçün Sabirabada yollandım.
- Niyə Bakıya yox, Sabirabada döndünüz?
- Özümü sınamaq istəyirdim. Buna görə də işə öz rayonumuzdan başladım. Məşqçi olmaq asan deyil. İlk illərdə Ağasəlim Mircavadovun mənə köməyi çox oldu. Dedi ki, sənin xarakterin bu işin öhdəsindən gəlməyinə imkan verir. Tez-tez Ruslan Abdullayevi, Ağasəlim müəllimi oyunlarımıza dəvət edir, çatışmazlıqlar haqda fikirlərini dinləyir, aradan qaldırırdım. Görülən işlər bəhrəsini verdi və 1989-cu ildə Sabirabadın “İnşaatçı” komandası Azərbaycan birinciliyinin qalibi oldu. Bu məndə inam yaratdı. Sonra Bakıya gəldim. Hazırda Məşqçilər Komitəsində çalışsam da, müxtəlif illərdə klublarda, eləcə də əsas millidə və aşağıyaşlı yığmalarda məşqçi, baş məşqçi kimi fəaliyyət göstərmişəm.
- Mütəqillik illərində milli çempionatda Sabirabadı “İnşaatçı”ı təmsil edirdi. Bu komandada çalışmısınız?
- Komandada tanıdığım məşqçilər işləyirdi. İki il həmin komandaya məsləhətçi kimi kömək etmişəm.
- Müxtəlif klublarda, yığmada tələbələrinizin köməkçisi işləmisiniz. Çətin deyildi?
- İzlədiyim bir tendensiya məni narahat edir. Bu gün futbolçuların çoxu karyerasını bitirən kimi dərhal baş məşqçi olmaq istəyir. Əksəriyyəti kiminsə yanında işləyib, öyrənmək istəmir. Mən məşqçi kimi Ağasəlim Mircavadovun, Ruslan Abdullayevin yanında işləyə-işləyə öyrənmişəm. Halbuki “Neftçi” kimi komandanın əsas heyət üzvü olmuşam. Ovaxtkı “Neftçi”ni indiki ilə müqayisə etmək olmaz. Biz “Dinamo”, “Spartak”, ÇSKA kimi komandalara qarşı oynamışıq. SSRİ birinciliyi kiçik Avropa çempionatı idi. “Neftçi”nin heyətində SSRİ birinciliyində 230-dan artıq oyun keçirib, 2-si kubokda olmaqla 6 qol vurmuşam. SSRİ birinciliyində 8 qol vuran yeganə müdafiəçiyəm. Buna baxmayaraq, neçə il Vaqif Sadıqovun, Əsgər Abdullayevin, Şahin Diniyevin köməkçisi olmuşam. Bunu özüm üçün qəbahət saymamışam. Futbolda işləyirsənsə, uşaqları öyrətməlisən. Bu gün millinin üzvlərinin yarısı öyrətdiyim uşaqlardır. Öyrənmək, inkişaf etmək vacibdir.
- Məşqçi kimi rəhbərlik etdiyiniz komandaları vacib oyunlara çıxarmısınız. Amma 2005-ci ildə U-17 ilə erməniləri məğlub etdiyiniz matçı şah əsəriniz saymaq olarmı?
- Onda vəziyyət çox gərgin idi. Həm də bu, müstəqillik əldə etdikdən sonra ermənilərlə futboldakı ilk qarşılaşmamız olacaqdı. Buna görə də təzyiq çox idi. Təsəvvür edin, 6 ay bu oyunun söhbəti getdi, hamı necə oynayacağımızı fikirləşirdi. Oyunlar da İsraildə keçirilirdi. Açığı, özümə çox inanırdım və bu yükün altından çıxacağıma əmin idim. Müsahibələrimdə də deyirdim ki, uduzmayacağıq, yaxşı oynayacağıq. Həqiqətən də nəticə bizim üçün əla alındı. Ən yaddaqalan oyunlarımdan biri oldu. Matçdan sonra Bakıdan çoxsaylı təbrik zəngləri aldıq. Bir epizodu danışım. Oyun başa çatıb, həm sevinirdik, həm də şokda idik. Paltardəyişmə otağına gedən zaman rəqib baş məşqçinin futbolçularına qışqırdığını eşitdim. Erməni dilində danışdığına görə, nə dediyini başa düşmədim. Sonra hirsli-hirsli otaqdan çıxıb məni təbrik etdi və futbolçuları da təbrik etmək üçün icazə istədi. Düşmən olsa da, icazə verdim. Keçdi otağa, futbolçuların tək-tək əlini sıxıb, yaxşı oyuna görə təbrik elədi. Bu bizim qələbəmiz idi.
- “Hər kim yüz il yaşamasa, günah onun özündədir”mi?
- İnsan bədəninin tərbiyəsinə, geyiminə, qidalanmasına diqqət yetirmirsə, günah özündədir. Nəfsini saxlamağı bacarmaq və gözütox olmaq lazımdı. Düzdür, hər birimiz Allahın verdiyi ömrü yaşayırıq. Amma hərəkətlərimizə də diqqət yetirməliyik.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- 19 illik rəqabətin növbəti hissəsi: “Turan Tovuz”un adı gənc futbolçularımız üçün motivasiyadır”
- Azər Bağırovdan qələbə şərhi
- “Neftçi”nin legioneri: “Bu, penaltidirsə, mən futbolla vidalaşaram”
- AFFA-dan hakimlərə xüsusi tapşırıq - ÖZƏL
- Cenk Sümer: “Azarkeşlərimiz rahat olsunlar, “Neftçi”də hamı işinə ciddi yanaşır”
- “Sabah”ın qolunu alqışlayan AFFA-nın vitse-prezidenti... - TƏƏSSÜRAT
- Azərbaycan millisinin qrupunda 12:0 hesabı
- Türkiyə mətbuatı: "Abubakarı əvvəl “Beşiktaş”a aparmışdı, indi “Neftçi”yə..."
- “Qurban olum, Qurban hocaya”
- Zidan hazırda ən çox bəyəndiyi 3 futbolçunun adını açıqladı
- Osihmen “Neftçi”nin futbolçusunun arzusunu puç etdi
- Bakı Olimpiya Stadionunun son durumu - “Qarabağ” burada necə oynasın?
- “Neftçi” transfer bombasını partladır: Abubakar bu gün gəlir!
- İmad Faraj: “Hakimlər hər tur “Neftçi”ni “öldürürlər”
- Pərviz Qaraxanov: “Çempionluq yolunda qələbə bizim üçün vacib idi”
-
19:44
Yeniyetmə boksçularımız Avropa çempionatının hazırlığına başlayıblar
-
19:17
"Neftçi" və Qırğızıstan klubu arasında əməkdaşlıq perspektivi müzakirə olunub
-
19:13
Bakıda Ümumdünya Cüdo Günü ilə əlaqədar "Şəhər turu" həyata keçirilib
-
18:50
Azərbaycan kuboku: 6 komanda 1/8 finala vəsiqə qazandı
-
18:37
UEFA-dan Asim Xudiyevə təyinat
-
18:05
"Kəpəz" 6 qolla mərhələ adladı VİDEO
-
17:16
Azər Bağırov darmadağını şərh etdi
-
16:42
"Qarabağ" - "Çelsi" oyununun biletləri satışa çıxır
-
15:34
"Zəfər Kuboku 2025"in qalibləri müəyyənləşib
-
14:29
Volkan Demirelin iş yeri müəyyənləşib
-
13:51
"Real"da ciddi itki
-
13:18
Cenk Sümer: “Azarkeşlərimiz rahat olsunlar, “Neftçi”də hamı işinə ciddi yanaşır”
-
13:00
Qazaxıstan təmsilçisini Azərbaycan klubuna dəyişdi
-
12:26
Millimizin İslandiya və Fransa ilə oyunlarının biletləri satışda
-
11:37
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:15
Alexandro Serrano: “Həmin oyunda azarkeşlərimiz üçün qələbə qazanmalıyıq”
-
11:03
Futzal millimizin heyəti açıqlandı
-
10:29
"Fənərbaxça"dan darmadağın VİDEO
-
09:54
“Kəpəz” legioneri ilə yollarını ayırıb
-
09:31
“Neftçi”nin kubok oyununa biletləri ödənişsiz əldə edin
-
00:08
“Turan Tovuz” Berdıyevlə müqaviləni uzadıb
-
20:45
Emin Mahmudov: “Abubakar məşqə hamıdan birinci gəlir, axırıncı gedir”
-
20:00
De Brüyne "Qarabağ"a qarşı oynamayacaq
-
19:17
IJF: “Azərbaycan 2026-cı ildə yenidən dünya cüdosunun paytaxtı olacaq”
-
18:51
Siyasət Əsgərov: “Qızlar xarakter göstərdilər”
-
18:24
Boks üzrə Naxçıvan birinciliyinə start verilib
-
17:32
“Yuventus” Tudoru qovdu
-
17:19
Voleybol millimiz İslam Həmrəyliyi Oyunlarının hazırlığına başlayıb
-
17:00
PFL rəsmisi: “Bu müqavilə Azərbaycan futbolu üçün yeni mərhələdir”
-
16:45
U-17 millimiz yenə darmadağın oldu
-
16:33
Millimiz Qazaxıstana qalib gəldi
-
15:58
PFL və “Avrora Qrup” arasında əməkdaşlıq müqaviləsi imzalandı FOTOLENT
-
15:26
Karateçilərimizdən 8 medal
-
15:07
Trek velosipedi üzrə Azərbaycan çempionatının mükafatçıları müəyyənləşib
-
14:14
Ceyhun Nuriyevin 100-cü oyunu
-
13:52
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı görüşlərinin təqvimi
-
13:40
Azərbaycan Kuboku üçün yeni sponsor
-
12:21
Kubok oyunçuları üçün hakim təyinatları
-
12:09
"Qəbələ"nin 200-cü məğlubiyyəti
-
11:53
"Kəpəz"dən uğursuz yubiley
-
11:35
Patrik Andrade üçün əlamətdar oyun
-
11:16
Dioqo Balou: “Azərbaycanda oynayıramsa, “Qarabağ”ın həmin qələbəsinə sevinməliyəm”
-
10:48
"Arsenal" 3 xalı tək qolla qazandı VİDEO
-
10:27
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:12
"Beşiktaş" səfərdə büdrədi VİDEO
-
09:54
Qəbələdə bədii gimnastika üzrə "Grace of Nature" turniri keçirilib
-
09:31
"Yuventus" "Latsio"ya məğlub oldu VİDEO
-
23:00
"El-Klasiko"nu "Real" qazandı VİDEO
-
22:36
Qurban Qurbanov: “Xarici hakimlərə ehtiyacımız yoxdur”
-
21:49
"Qarabağ" öz meydanında büdrədi VİDEO
28.10.2025
27.10.2025
26.10.2025



















.jpg)


