12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

Xaqani Məmmədovun işi ilə bağlı yaradılan komissiya qərarını açıqlayır

Xaqani Məmmədovun rüşvət qalmaqalı ilə bağlı AFFA tərəfindən yaradılmış komissiya işini başa vurmaq üzrədir. Futbolxeber.az-ın məlumatına görə, sözügedən komissiya AFFA Hakimlər Komitəsinin sədri ilə bağlı araşdırmanın nəticəsini sabah açıqlayacaq.

Qeyd edək ki, bu komissiya noyabrın ortalarında yaradılıb və ona məlum qalmaqalla bağlı hər şeyə aydınlıq gətirmək üçün 60 gün vaxt verilib.

Xatırladaq ki, 2001-ci ildə UEFA Kubokunun təsnifat mərhələsi çərçivəsində keçirilmiş Xorvatiya "Osiyek"i ilə Latviya "Dinaburq"u arasındakı oyunda (1:0) azərbaycanlı hakimlər idarəçilik edib. Xaqani Məmmədov isə həmin matçın dördüncü hakimi olub. Hakimlər Komitəsinin indiki sədrinə o vaxt rüşvət təklif edilsə də, həmin fakt yalnız ötən ilin axırında üzə çıxıb.

Mənbə: azerisport.az








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30