3 Iyun 2025, Çərşənbə axşamı
“Neftçi” qızıl medallara qovuşdu
Lionel Messi millimizi təbrik edib
Quliyevdən çempionluq şərhi
Minifutbol millimiz dünya çempionu oldu

Ölkə futbolu

Qriqorçuk: “Azərbaycanın bir çox komandasının belə problemi var”

“Azərbaycandakı stadionlar mənim xoşuma gəlmir. Əlbəttə, söhbət bir müddət əvvəl Bakıda açılan yeni stadiondan (Bakı Olimpiya Stadionu nəzərdə tutulur - red.) getmir”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

O bildirib ki, “Qəbələ” klubunun özünün də müasir tələblərə cavab vərən stadionu olmalıdır.

“Ümumiyyətlə, Azərbaycanın bir çox komandasının belə problemi var. Bütün hallarda “Qəbələ” rəhbərliyi məni yaxşı başa düşür. Bu haqda bizim çox söhbətimiz olub. Onlar bildiriblər ki, yeni stadionun tikintisi klub üçün problem olmayacaq. “Qəbələ” Avroliqanın qrupuna düşdükdən sonra, bizim klubun rəhbərliyinin iddiası daha da artıb. “Qəbələ”də hamı klubun inkişafı barədə düşünür” - deyə, R.Qriqorçuk bildirib.

Mənbə: qol.az








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2025
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30