Ölkə futbolu
Xaqani Məmmədov: “Penalti yox idi, Fariz Yusifov cəzalanacaq”
AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun müsahibəsi
- Topaz Premyer Liqasının VI turunda baş tutan “Qarabağ” – “Neftçi” matçının hakimliyi barədə çox narazılıq oldu. Həmin görüşün baş hakimi olan Fariz Yusifovun idarəçiliyini siz necə dəyərləndirirsiz?
- Bəri başdan deyim ki, baş hakim oyunu imkanlarından aşağı səviyyədə idarə etdi. Mən özüm o matçda olmamışam, həmin gün “Sumqayıt” - AZAL görüşünün hakim-inspektoru idim. Səhəri günü izlədim.
- Ən çox müzakirə mövzusu penalti epizodu idi. Sizcə, baş hakim doğru qərar vermişdi?
- Görüntülərə əsasən deməliyəm ki, orda penalti görmədim. Düzdü, baş hakim epizoda yaxın idi. Amma fikrimcə, penalti yox idi.
- Yan xətt hakimləri də bəzi yanlış qərarları ilə diqqət çəkdilər. Əksər hallarda isə epizoda yaxın olsalar da, bayrağı qaldırmaq üçün baş hakimin fitini gözləyirdilər...
- Hər iki köməkçinin idarəçiliyi yüksək səviyyədə idi. Bəzi mübahisəli epizodlar var idi. Biz onların hamısını təhlil etmişik. Deməliyəm ki, bütün epizodlarda yan xətt hakimləri düzgün qərar vermişdilər. O ki qaldı bayrağı gec qaldırmağa, bu, matçdan öncə hakimlər arasında olan söhbətdən asılıdı. Təlimatlandırma olur. Baş hakim hansı qərarı verirsə, onlar da o cür hərəkət edirlər. Görüşdən öncə öz aralarında danışırlar ki, epizodlarda bayrağı qaldırmağa tələsməyin, baş hakimi gözləyin. Bu matçda yeganə problem baş hakimlə bağlı idi.
- Erik Ramosun passivində sarı vərəqə olarkən əks-hücum zamanı Əfran İsmayılova qarşı kobud oynadı. Top “Qarabağ”da qaldığı üçün baş hakim üstünlüyə buraxdı. Lakin top meydançadan çıxdıqdan sonra baş hakim onu cəzalandırmadı...
- Düzdü, hamımız Ramosu vərəqə alan futbolçu kimi tanıyırıq. Həmin epizodda o, düşüncəsiz yox, ehtiyatsız hərəkət etdi. Orda vərəqəlik heç nə yox idi.
- Penalti yerinə yetirildikdən sonra Samir Məsimov hakimin yanına gəlib, onu alqışlamağa başladı. Bu isə etiraz əlaməti idi. Halbuki həmin vaxt Məsimovun passivində sarı vərəqə var idi. Sizcə, baş hakim onu meydançadan qovmalı idi?
- Düzü, mən bunu görməmişəm. Amma futbolçu əgər bu cür hərəkət edibsə, mütləq sarı vərəqə ilə cəzalandırılmalıdı. Hakimi ironiya ilə alqışlamaq vərəqəlik hərəkətdi.
- Həmin turun “İnter” – “Kəpəz” oyununda Bəxtiyar Soltanov sarı vərəqə aldıqdan sonra baş hakim Rauf Cabbarovun yaxasından çəkdi. Referi ona qırmızı vərəqə göstərməli deyildi?
- Mən də əvvəlcə belə bilirdim. Amma PFL-in çəkdiyi kadrlara baxandan sonra gördük ki, futbolçu hakimə toxunmur. Əlini uzadır, amma dəymir. Mən bu epizoda xüsusi olaraq bir neçə dəfə baxdım. Toxunuş olsaydı, dərhal ikinci sarı vərəqə göstərilməli idi.
- Sizin də canlı izlədiyiniz “Sumqayıt” – AZAL matçından sonra meydan sahibləri Rəhim Həsənovun idarəçiliyindən narazı qalmışdılar. Siz, həmin görüşün idarəçiliyi barədə nə deyə bilərsiz?
- “Sumqayıt”ın futbolçuları həmin oyunda 6 sarı vərəqə aldılar. Sizi inandırım ki, ən azı 2 vərəqələri də verilmədi. Göstərilən vərəqələrin hamısı doğru idi. Onları çəkmişik, sayta da qoyacağıq ki, hamı baxsın. Meydançadan qovulan futbolçuya göstərilən hər iki sarı vərəqədə düzgün qərar verilmişdi.
- Topaz Premyer Liqasında artıq 6 tur geridə qalıb. İlk 6 tura əsasən hakimlikdən razı qaldınız?
- “Qarabağ” – “Neftçi” oyununu çıxmaq şərti ilə hakimlik normaldı. Kimlərəsə kənardan hansısa epizod penalti və ya qırmızı vərəqə kimi görünə bilər. Biz onlara baxdıqdan sonra görürük ki, hakimin qərarı düzdü. Yalnız “Qarabağ” – “Neftçi” görüşündə ciddi səhvlər oldu.
- Buna görə Fariz Yusifov cəzalandırılacaq?
- Mütləq. Düzdü, biz bunu açıqlamırıq, amma cəza olacaq.
Mənbə: apasport.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
- Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
- Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlandı
- II Liqa klubları narazıdırlar - PFL prezidentinə müraciət olundu - ÖZƏL
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- Joni Montiel: “İşimiz baş məşqçini çətinə salmaqdır”
- "Neftçi"dən ayrıldı, sabiq klubuna qayıtdı
- Nuriyev Macarıstan klubunda
- Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
- “Zirə”də gözlənilməz ayrılıq
- Konfrans Liqası: “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
- “Neftçi” sifariş vərəqəsini UEFA-ya göndərdi
- “Neftçi” azarkeşlərinin gözlədiyi transfer Bakıya gəldi: sabah 3 illik müqavilə imzalanacaq
- “Neftçi”nin yeni transferi: “Atam həmin futbolçunun fanatı olduğu üçün məni belə adlandırıb”
- Şeydayevin yeni klubu müəyyənləşdi
-
21:54
“Sabah” "Orxus"u darmadağın etdi
-
21:00
“Neftçi” macarıstanlı yarımmüdafiəçi transfer etdi
-
19:33
"Sumqayıt"dan növbəti transfer
-
19:02
“Sabah” - “Orxus”: Heyətlər açıqlandı
-
17:57
Milevski “Qarabağ” - “Dinamo” oyunundan danışdı: “Müdafiə bərbaddır”
-
17:15
"Neftçi"dən hücumçu transferi
-
16:46
PSJ yapon qapıçı transfer etdi
-
16:21
Ağırlıqqaldırma Federasiyasında antidopinq maarifləndirmə seminarı təşkil olunub
-
16:09
“Kəpəz” heyətini yeni qapıçı ilə gücləndirdi
-
15:34
“Neftçi”dən ayrıldı, yeni klubu müəyyənləşdi
-
15:18
“Sabah” - “Orhus” matçının bütün biletləri satıldı
-
15:00
Polina Rəhimova Avropa çempionatından sonra milli karyerasını başa vuracaq
-
14:23
"Karvan-Yevlax"dan növbəti transfer
-
13:42
“Orhus” Bakıda dəstəksiz qalmayacaq
-
13:05
"Səbail" Bolu toplanışına start verib
-
12:37
“Karvan-Yevlax” legioneri ilə yeni müqavilə imzaladı
-
12:19
"Kəpəz" nigeriyalı yarımmüdafiəçi transfer etdi
-
11:56
Yekaterina Sariyeva Azərbaycan rekordunu yeniləyib
-
10:21
Tahir Gözel: “Bu komandanın potensialına ürəkdən güvənirəm”
-
10:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:48
Andradedən məhsuldar ötürmə
-
23:54
Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
-
23:31
Cüdo məşqçiliyi üzrə sertifikat proqramına başlanılıb
-
23:07
Namiq Ələsgərov “Kəpəz”də
-
19:48
Güləşçilərimiz Buxarestdə 5 medal qazanıblar
-
19:25
I Liqa klubundan “Kəpəz”ə
-
18:56
Qurban Qurbanovun mətbuat konfransının vaxtları müəyyənləşdi
-
18:33
Valdas Dambrauskas: “Sabah tarix yazmaq istəyirik”
-
18:19
“Qəbələ” braziliyalı müdafiəçi transfer etdi
-
17:42
"Mançester Siti" onu icarəyə verdi
-
17:00
Azərbaycanı Avropa çempionatında 13 boksçu təmsil edəcək
-
16:24
"Karvan-Yevlax" daha bir futbolçunu heyətinə qatdı
-
16:11
Boyan Letiç "Araz-Naxçıvan"da
-
15:57
Azərbaycan klubu Daniel Çexlə güclənib
-
15:38
Valensiya "Boka Xuniors"a keçdi
-
15:05
"Karvan-Yevlax"dan növbəti transfer
-
14:46
Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlandı
-
14:23
Ağadadaş Salyanski “Araz-Naxçıvan”da
-
13:59
“Səbail” Boluya yollandı
-
13:32
PFL Premyer Liqanın sponsorunu açıqladı
-
13:14
“Sumqayıt” - “Neftçi” oyununun yeri dəyişdi
-
13:00
Çimərlik voleybolçularımız Türkiyədə beynəlxalq turnirdə iştirak edəcəklər
-
12:41
“Sumqayıt”dan Hindistana üz tutdu
-
12:27
İki boksçumuz Qazaxıstanda qızıl medal qazanıb
-
12:15
"Sabah"ın rəqibi Bakıya gəldi
-
11:58
“İmişli”ni “Dnepr”ə dəyişdi
-
11:36
Cüdoçularımız Almatıda təlim-məşq toplanışında iştirak edir
-
11:03
Kostyuk: “Qarabağ” yaxşı müdafiə olunur”
-
10:42
Cəlal oynadı, komandası qalib gəldi
-
10:29
Bayramov "Bursaspor"da rəsmi debüt etdi
11.08.2026
10.08.2026
























