29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü

Ölkə futbolu

Cavid Hüseynov: “O jurnalist facebook vasitəsilə məndən üzr istəyəcəyini dedi”

“Qəbələ”nin kapitanı Cavid Hüseynov jurnalist Rasim Əliyevin onun qohumları tərəfindən döyülməsinə münasibət bildirib. Futbolxeber.az-ın məlumatına görə, “Qəbələ”nin rəsmi feysbuk səhifəsinə açıqlama verən futbolçu deyib: “Adımın belə bir məsələdə hallanmasına görə çox üzgünəm. Jurnalist Rasim Əliyev "Qəbələ" - "Apollon" matçının ardından jurnalitlərlə söhbət zamanı göstərdiyim jesti əsas gətirərək məni "tərbiyəsiz, əxlaqsız" adlandırmışdı. Mən də məsələ ilə bağlı Rasim Əliyevə zəng etdim. Mədəni insan kimi haqqımda yanıldığını, jesti düzgün anlamadığını, o jesti dostluq mənasında göstərdiyimi söylədim. Əgər mənim və ailəm haqqında məlumat almaq istəyirsə, məhəlləmizə gəlməsini, qonşularımdan, bizi tanıyanlardan əxlaqım, tərbiyəm və ailəm barədə məlumat almasını tövsiyə etdim. O da məni anladı. Anlaşmazlıq olduğunu, Facebook vasitəsilə məndən üzr istəyəcəyini dedi. Normal şəkildə vidalaşdıq. Sonradan baş verənlərdən isə xəbərsizəm. Məsələni araşdırırıq. Yəqin sabah məsələyə tam aydınlıq gələcək".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30