Ölkə futbolu
“Qəbələ”: “Polis oyunboyu göstərdiyi aqressiyanı final fitindən sonra dəhşətli həddə çatdırdı”
“Qəbələ” klubu “Apollon”la oyunda baş verən qalmaqala görə bəyanat yayıb. Futbolxeber.az klubun rəsmi saytında yer alan bəyanatı təqdim edir:
- Cümə axşamı Azərbaycan futbolu növbəti tarixi günlərindən birini yaşadı. “Qəbələ” Kipr təmsilçisi “Apollon” üzərində layiqli zəfər əldə edərək Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazandı.
Hələ ötən həftə Kiprdə keçirilmiş görüş uzun müddət mətbuatın gündəmində qalmışdı; təkcə komandamızın çətin səfərdən sərfəli hesabla qayıtması yox, həmçinin kiprli azarkeşlərin qeyri-etik və təxribat xarakterli hərəkətləri əsas müzakirə mövzusu olmuşdu. Bildiyiniz kimi, oyun ərzində meydançaya saysız-hesabsız yad əşyalar atan yerli azarkeşlər Azərbaycan bayrağını təhqir etmişdilər. Yalnız klubumuzun yerində müdaxiləsi nəticəsində üçrəngli bayrağımızı yandırmaqdan çəkinmişdilər, lakin parçalanmış Azərbaycan bayrağı oyun başa çatanadək kiprlilərin açıq təhqirinə məruz qalmışdı. Hətta təzyiq və təhqirlər nəticəsində baş hakim komandamıza ola biləcək hücumların qarşısını almaq üçün oyuna 15 dəqiqə fasilə vermişdi.
Bu hadisələrin fonunda cavab matçının prinsipiallığı daha da kəskin hal almışdı. Kiprlilərin qeyri-etik hərəkətlərinə baxmayaraq, azarkeşlərimiz UEFA-nın əsas tələblərindən olan “Respect” prinsipini qorumağı bacardılar. Matç ərzində heç bir ölkənin atributu təhqir olunmadı və polisin bütün göstərişləri qeyd-şərtsiz yerinə yetirildi. Oyunu izləyən 10 mindən artıq azarkeş öz enerjisini komandamızı dəstəkləməyə sərf edərək prinsipial qarşılaşmanın qələbə ilə başa çatmasında böyük pay sahibi oldu. Təbii ki, belə vacib oyunda qazanılan qələbə azarkeşlərimiz tərəfindən ikiqat sevinc və çılğınlıqla qarşılandı.
Bu çılğınlıq qaydalar çərçivəsini qətiyyən aşmasa da, təəssüflə bildirmək istəyirik ki, sadə insanlar polis təzyiqinə məruz qaldılar. Xüsusən də, fan-klubların toplaşdığı sektorlar ətrafında say çoxluğu təşkil edən polis nəfərləri futbolsevərləri sevimli komandalarını qələbəyə səsləməyə imkan vermir, sakitcə yerlərində oturub futbola tamaşa etməyə məcbur edirdilər. Polis 90 dəqiqə ərzində fəallıq göstərən fanatlara fiziki müdaxilə edərək tribunadan uzaqlaşdırırdı.
Vəzifəsi tribunlarda təhlükəsizliyi təmin etmək olan polis oyunboyu göstərdiyi aqressiyanı final fitindən sonra dəhşətli həddə çatdırdı. Belə ki, hadisəyə dair şəkil və videolarda göründüyü kimi, mənasına izah verə bilmədiyimiz zorakılıqla yeniyetmə azarkeşlərimizi dəyənəklə döyməkdən, hətta tribunanın yuxarı mərtəbəsindən aşağı atmaqdan çəkinmədilər. Bunun nəticəsində bir neçə şəxs müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirildi. Xoşbəxtlikdən zərərçəkmişlərin vəziyyəti hazırda qənaətbəxşdir.
Lakin hadisənin miqyası yalnız bir neçə şəxsin xəsarət alması ilə yekunlaşmır, həmçinin ölkəmizdə idman yarışlarına azarkeş dəstəyinin artmasına ciddi şəkildə zərbə vurur. Ölkəmizdə idmanın inkişafda olduğu bir dövrdə - dünənki hadisə də daxil olmaqla - idmanda hər cür zorakılığın əleyhinə olduğumuzu bəyan edirik. "Qəbələ" İK olaraq tribunaların təhlükə mənbəyi deyil, azarkeşlərin dostluq və istirahət məkanı olmasının tərəfdarıyıq. Azarkeşlərimizi ruhdan düşmədən bundan sonra da komandamıza dəstək olmaq üçün tribunalarda öz yerlərini tutmağa çağırırıq”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
15:25
Çində millinin futbolçularının döymə ilə meydana çıxması qadağan edildi
-
15:03
2032-ci ilin yayına kimi “Aston Villa”da
-
14:32
Azərbaycan millisinin bayraqdarları müəyyənləşib
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
12.11.2026
11.11.2026
10.11.2026
























