30 Oktyabr 2025, Cümə axşamı
"Kəpəz" 10 min manat cərimələndi
Millimiz Qazaxıstana qalib gəldi
Samir Abasovdan qələbə şərhi
Sadıqov: “Çox vacib 3 xal qazandıq”

Ölkə futbolu

“Qəbələ” bosniyalı hücumçunu transfer edir

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ" heyətini daha bir futbolçu ilə gücləndirir. Futbolxeber.az-ın məlumatına görə, bu, Bosniya və Herseqovina millisinin üzvü Ermin Zecdi.

Klubun hücumçu ilə danışıqları müsbət nəticələnib və 27 yaşlı oyunçu ölkəmizə dəvət olunub. Onunla 2 illik müqavilə imzalanması gözlənilir.

Maraq üçün bildirək ki, Erminin sonuncu klubu Türkiyənin "Balıkəsirspor" klubu olub. O, Balıkəsir təmsilçisinin forması ilə meydana çıxdığı 16 oyunda 7 dəfə fərqlənə bilib. Bundan başqa Türkiyənin "Gənclərbirliyi" klubunun da formasını geyinən Ermin Zec 2008-ci ildə Bosniya və Herseqovinanın əsas millisində debüt edib.  Futbolçu karyerasına ölkəsinin "İskra" klubunda başlayan Zek Xorvatiyanın "Sbenik" və "Rijeka" klubunun da şərəfini qoruyub (sport7.az). 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31