3 Iyun 2025, Çərşənbə axşamı
“Neftçi” qızıl medallara qovuşdu
Lionel Messi millimizi təbrik edib
Quliyevdən çempionluq şərhi
Minifutbol millimiz dünya çempionu oldu

Ölkə futbolu

“Seltik”in kapitanı: “Qarabağ”la oyunumuz çətin olacaq”

“Düşünürəm ki, baş məşqçimizin tapşırıqlarını yerinə yetirə bildik. Yoldaşlıq oyunlarında həmişə problemlər olur. Ancaq sınaq matçlarını unudub qarşıdakı oyuna köklənməliyik”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Seltik”in kapitanı Skott Braun “Renn”lə yoldaşlıq görüşü (2:0) haqda danışarkən deyib.

Şotlandiya millsinin də kapitanı olan təcrübəli yarımmüdafiəçi Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la qarşılaşcaqları görüş haqda da fikirlərini bildirib: ”Qarabağ” son dövrlər yaxşı oyun nümayiş etdirir. Buna əsasən deyə bilərəm ki, Azərbaycan çempionu ilə görüşümüz çətin olacaq. Ancaq “Renn” üzərində qələbə bizə ümid verdi. Mövsümün əvvəlində “Qarabağ”la bizi böyük oyun gözləyir. Son qarşılaşmalarımızdakı oyun taktikamız özünü doğruldur. Güclü pressinq sayəsində rəqibin hücuma keçməsinə imkan vermirik. “Qarabağ”la oyunda da ənənəmizə sadiq qalacağıq”.

Qeyd edək ki, iyulun 29-da Şotlandiyada keçiriləcək oyun Bakı vaxtı ilə 23:45-də başlayacaq.

Mənbə: qol.az

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2025
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30