3 Iyun 2025, Çərşənbə axşamı
“Neftçi” qızıl medallara qovuşdu
Lionel Messi millimizi təbrik edib
Quliyevdən çempionluq şərhi
Minifutbol millimiz dünya çempionu oldu

Ölkə futbolu

Prosineçki “Srvena Zvezda”ya qaytardığı müdafiəçi “Zirə”də

Premyer Liqaya hazırlığı Türkiyənin Ərzurum şəhərində davam etdirən “Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib. Futbolxeber.az-ın məlumatına görə, serbiyalı mərkəz müdafiəçisi Yovan Krneta komandanın şərəfini qoruyacaq. Onunla bir illik müqaviləyə imza atılıb. Yovan artıq Ərzurumdadır və komandanın düşərgəsinə qoşulub. Krneta Serbiyanın “Partizan” klubunun yetirməsidir. Yeniyetmə yaşlarından “Partizan”ın əsas komandasına cəlb olunsa da, oynamaq şansı qazanmayıb. Belədə Yovan 2011-ci ilin yanvar ayında “Partizan”ın əzəli rəqibi “Srvena Zvezda” ilə müqavilə bağlayıb. Əvvəlcə klub rəhbərliyi onu oyun təcrübəsi qazanmaq üçün icarəyə verib. 2012-ci ildə isə millimizin hazırki baş bəşqçisi Robert Prosineçki “Srvena Zvezda”da çalışarkən müdafiəçini komandaya qaytarıb. Ötən il “Radniçki” ilə anlaşan 23 yaşlı Krneta bu ilin əvvəlində Ukraynanın “Çernomorets” klubuna keçib. Komandasının müdafiə xəttinin liderlərindən olan Yovan müqaviləsi başa çatdığı üçün yayda Ukraynadan ayrılıb. “Zirə”nin yeni futbolçusu həmçinin, 19 yaşa qədər futbolçulardan ibarət Serbiya yığmasında da çıxış edib və Avropa çempionatında forma geyinib.


fczire.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2025
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30