Ölkə futbolu
Adadan adayadək və ya Rauf Əliyev üçün bu qayıdış o qayıdış olacaqmı?
Bir vaxtlar gündəmi zəbt edən Rauf Əliyev. Yetirməsi olduğu “Qarabağ”da parlaq çıxışıyla tanınan təcrübəli hücumçu. 26 yaşı olsa da, beynəlxalq təcrübəsi böyükdür. Təsadüfi deyil ki, uzun illər “Qarabağ”ın heyətində Avroliqa həyəcanı yaşayıb, pley-offa kimi irəliləyib. Milli komandamızda da az oyun keçirməyib, 7 qolla bombardirlər siyahısında yuxarı pillələrdə qərarlaşıb.
Təbii ki, Rauf bütün bunlara “Qarabağ”da uğurlu çıxışı zamanı nail olub. Ümumiyyətlə, 2010-2012-ci illər onun karyerasında çox uğurlu alındı. 2010-da “Qarabağ”ın “ilin futbolçusu”, 2011-ci ilin fevralında “ayın oyunçusu", 2011-ci ildə “ilin futbolçusu”, 2011/12 mövsümündə Premyer Liqanın ən yaxşı hücumçusu. Ancaq “Qarabağ”dan ayrılandan sonra uzun müddətdir kölgə altındadır. “Bakı”, “Xəzər Lənkəran” və “Neftçi”də uğursuz karyerası oldu. Təsadüfi deyil ki, hər birində az oynadı, heç avrokuboklar iştirakçısı olmadı. Uzun fasilədən sonra avrokuboka qayıdışı da yeni keçdiyi “İnter”də gerçəkləşdi.
Bayaqdan Rauf haqda yazmağım əbəs yerə deyil. Onun Avropa Liqasında İslandiyanın “Hafnarfyordur” klubuna vurduğu gözəl qol həm də tarixi oldu. Çünki bu, “İnter”in tarixində ilk dəfə 2 mərhələ adlayıb, III təsnifat mərhələsinə çıxması demək idi. Qələm əhlinin bir nümayəndəsi, neçə ildir bu sahədə olan bir insan kimi Raufun uğurlu çıxışı məni çox sevindirdi. Təbii ki, bizlər avrokuboklarda bütün təmsilçilərimizə azarkeş edirik, hamısının uğur qazanmasını istəyirik. “İnter”də çoxlu legionerlər olduğu halda, tarixi qolu azərbaycanlı futbolçunun vurması məni daha çox sevindirdi.
Bu qol Əliyevin özünə də çox lazım idi. Çünki yeni klubunda qol hesabını açan və son 3 ildə uğursuz karyerası olan hücumçuya özünəinam baxımındam çox vacibdir. Üstəlik, “Şəfa” stadionu kimi tanınan “İnter Arena”da o, cəmi 3 ay öncə uğursuzluq yaşamışdı. Həmin vaxt “Neftçi”nin heyətində məhz “İnter”lə oyunda özü qazandığı, ancaq vura bilmədiyi penaltidən sonra çıxarılmış, xeyli vaxt klubsuz qalmışdı.
Bu qol həm ona görə Əliyevə lazım idi ki, artıq 4 ildir avrokuboklarda qol vurmurdu. Sonuncu dəfə “Qarabağ”ın 2011-ci ildə Belçikada “Brügge”yə 1:4 hesabı ilə uduzduğu oyunda fərqlənmişdi. Bu, Raufun avrokuboklarda 4-cü qolu idi. “Qarabağ”da həmçinin “Visla”ya, “Streymur”a qol vurub. “İnter”də olduğu kimi hər iki halda da mərhələ keçiblər. Ümumiyyətlə, Əliyev ada təmsilçilərinə qol vurmaq üzrə ixtisaslaşır. Bir vaxtlar Farer adalarını, indi isə İspandiya təmsilçisini məyus etdi və hər iki halda komandalarını Avropa Liqasının III təsnifat mərhələsinə çıxardı. "İnter"lə qışa kimi anlaşsa da, ola bilər uğurlu çıxışın müqabilində qalıb, hələ də qazanmadığı çempionluğa orada qovuşacaq.
Qarşıda isə Raufu daha çətin sınaq – “Atletik” kimi rəqiblə oyun gözləyir. Bir çox futbolçularımız, əsasən da millimizin üzvləri ispanlara qarşı oynamağı çox arzulayır. Ancaq bu, Raufa və orada olan azərbaycanlı futbolçulara qismət olur. Onlardan qapıçı Səlahət Ağayevi nəzərə almasaq heç biri hazırda milliyə cəlb olunmur. Aralarında millidə çox oynamış, hətta liderlərindən biri olmuş məhz Əliyevdir. Kim bilir, hücumçu “Atletik”lə də oyunda öz sözünü deyəcək və bu, onun uzun müdətdir ayrı düşdüyü milliyə dönüşünə imkan yaradacaq. Hər halda, mərkəz hücumçusu sarıdan sıxıntısı olan milli komandamıza Rauf Əliyev kimisi lazımdır...
Mehman SÜLEYMANOV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
-
10:00
Breno Almeyda: “Çempion biz olacağıq”
-
09:39
"Gənclərbirliyi"ndən darmadağın VİDEO
-
09:17
Mahirdən məhsuldar ötürmə, “Rakuv”dan qələbə
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
03.11.2026
02.11.2026
























