6 Noyabr 2025, Cümə axşamı
Kadi uzun müddətə sıradan çıxdı
“Zəfər turu”nun təyinatları
UEFA reytinqi: Azırbaycanın xalı artdı
Qələbəyə bərabər heç-heçə

Ölkə futbolu

Flavinyonun yeni klubu müəyyənləşdi

“Neftçi”nin heyətində 5 mövsüm keçirib, paytaxt təmsilçisini rekordlarla tərk edən braziliyalı futbolçu Flavinyo özünə yeni klub tapıb. Futbolxeber.az-ın məlumatına görə, 32 yaşlı yarımmüdafəçi karyerasını Braziliyada davam etdirəcək.

“Ağ-qaralar”ın heyətində 3 dəfə Azərbaycan çempionu olan Flavinyo A seriyasında çıxış edən “Şapokoense” klubuna keçir. Hazırda turnir cədvəlinin 9-cü pilləsində qərarlaşan “yaşıllar”ın direktoru Mauro Ştumpf da təsdiqləyib.

O bildirib ki, Yaponiyaya yollanan hücumçu Edmilsonun yoxluğunu hiss etdirməmək üçün Flavinyoya ehtiyac var. Ştumpf tərəflər arasında razılığın əldə olunduğunu, yalnız müqavilənin rəsmiləşməsinin qaldığını qeyd edib.

Qeyd edək ki, Flavinyo 2010-15-ci illərdə şərəfini qoruduğu “Neftçi”nin heyətində ən çox oyun keçirən legionerdir. 174 matçda 38 qol vuran yarımmüdafiəçi “Böyük oyun”larda ən çox - 8 dəfə rəqib qapısına yol tapıb.

Mənbə: apasport.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30