5 Avqust 2026, Çərşənbə
“Şamaxı” “Qəbələ”yə qalib gəldi
Yunuszadə Türkiyə klubunda
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu

Ölkə futbolu

“Qəbələ”nin ilk rəqibi müəyyənləşdi

2015/16 mövsümünün hazırlıqlarını Ərzurumda davam etdirən “Qəbələ” təlim-məşq toplanışının 4-cü gününü iki məşqlə başa vurub. Futbolxeber.az-ın məlumatına görə, “Qırmızı-qaralar” hazırlıq zamanı həm toplu, həm topsuz məşq edib. Roman Qriqorçukun yetirmələri taktiki hazırlıq üzərində də çalışıb.

Dodo, Rikardinyo, Tellur Mütəllimov və Ruslan Əmircanov fərdi məşqlə kifayətlənib. Milli komandaların heyətində olan futbolçular - Cavid Hüseynov, Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov, Elvin Camalov məşqlərdə iştirak etməyib.

“Qəbələ”nin Ərzurum toplanışı çərçivəsində ilk yoxlama oyunununda üz-üzə gələcəyi rəqib müəyyənləşib. “Qırmızı-qaralar” iyunun 15-i Ərzurumun U-21 komandası ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.


gabalafc.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31