Ölkə futbolu
Çingiz Abdullayev: “Qələbəyə inanmasaq, finala niyə gedirik?”
“Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev AZAL-la oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
- Sonuncu dəfə sizi “İnter”lə oyunda görmüşdük. Uzun müddətdir mətbuata açıqlama vermirsiniz..
- Xeyr, niyə danışmıram? Elə dünən məndən Syomin haqda soruşublar, demişəm, bilinmir komandamıza gəlib-gəlməyəcəyi.
- "Neftçi" artıq yeddi oyundur ki, qələbə üzünə həsrətdir. Bu uğursuzluğun səbəbini nədə görürsünüz?
- Xeyr, uğurlu oyunlarımız da olub, axı. Biz Azərbaycan kubokunun finalına çıxmışıq.
- Söhbət Premyer Liqadan gedir.
- Düzdür, bu gün də heç-heçə etdik. Özünüz də gürdünüz ki, rəqib necə qol vurdu.
- Komanda çempionatı mükafatsız başa vurdu. Final qarşılaşmasından nə gözləyirsiniz?
- Qələbə göləyirik. Əgər buna inanmasaq, finala niyə gedirik?
- Arif Əsədov uzun müddətli uğursuzluğun obyektiv və subyektiv səbəbləri olduğunu bildirdi. Sizcə, bu səbəblər nədir?
- Düz deyir, müəyyən çətinliklər var. Bəzi futbolçular zədə səbəbindən meydana çıxa bilmir,kimisinin müqavilə müddəti başa çatır. Müəyyən dəyişikliklər edirik. Təbii ki, biz də istəyirik ki, dönüş olsun və komandamız Avropa Liqasında uğur qazansın. Tək bu günü yox, 2-3 il bundan sonranı da fikirləşirik. Müxtəlif yaş quruplarında “Neftçi” futbolçularının uğurlarını özünüz də gördünüz. Mən inanıram ki, komandamızın yaxşı gələcəyi var .
- Bəhram Bağırzadə başda olmaqla Müşahidə Şurasının üzvləri çalışdılar ki, azarkeşləri stadiona cəlb etsinlər. Ancaq son oyunlardakı uğursuzluqlardan sonra tribunalarda demək olar ki, azarkeş yoxdur.
- Xeyr var. Niyə yoxdur?
- Amma etiraf edək ki, əvvəlki kimi deyil.
- Düzdür, sizinlə razıyam. Amma belə də olmalıdır. Biz gərək yaxşı oynayaq ki, onlar da gəlsinlər.
- Klubunuzun operatoru, Qarabağ veteranı Dadaş Zeynalovun işindən uzaqlaşdırılması ilə bağlı nə deyə bilərsiniz?
- Biz bunu araşdırırıq. Dadaş Zeynalovun özü ilə də söhbət etmişəm. Ümumiyyətlə, biz veteranlara böyük hörmətlə yanaşırıq. Mən komandaya gələndən sonra üç nəfər müharibə veteranı işə götürmüşük. Onların üçü də Qarabağ uğrunda döyüşlərdə iştirak edib. İkisi sürücü işləyir, digəri isə bizim təhlükəsizlik sisteminin rəisidir.
- Dadaş Zeynalovun işi bərpa oluna bilərmi?
- Biz bu məsələ haqqında danışmışıq və işə baxılır. Amma bu məsələnin şişirdilməsindən xoşum gəlmir. Məsələni elə qabardırlar ki, guya onu Qarabağ veteranı olduğuna görə işdən azad etmişik. Amma bu, belə deyil. Həmişə Azərbaycanda belə insanlara hörmət olub və olacaq.
- Moskva “Spartak”ının Samir Məsimova görə "Neftçi"dən təzminat tələb etdiyi deyilir. Klubun cəzalandırlacağı haqqında söhbətlər gəzir.
- Biz bunu araşdırıb, sizə bildirəcəyik. Hələlik konkret heç nə deyə bilmərəm.
- Əldə etdiyimiz məlumatlara görə, "Neftçi"də üç aydır maaşlar verilmir. Ola bilərmi bu, futbolçuların oyununa təsir etsin?
- Bu, doğru xəbər deyil. Klubun işçilərinin hamısı vaxtında maaşlarını alıb. Futbolçular isə mart və apreli almayıblar. Bu problemi də kubokun finalından öncə həll edəcəyik.
- Müşahidə Şürasının qərarına əsasən Vəli Qasımovla Dmitri Kramarenko komandaya gətirildi. Qasımov iş başında olsa da, biz Kramarenkonu görmürük. Əldə etdiyimiz məlumata görə, onunla müqavilə bağlanmayıb.
- Heç narahat olmayın, müqavlə imzalanacaq. Onları kluba gətirmişik və hesab edirik ki, çox gözəl işləyirlər. Azərbaycanın Avropada və dünyada tanınmış bir neçə futbolçusu var ki, onlardın arasında Vəli Qasımov da olub. Mən fəxr edirəm ki, belə insanları “Neftçi”yə cəlb etmişik.
- Klubun mətbuat xidmətinin işçisi olan Çingiz Həsənov sosial şəbəkələrin birində “Qarabağ” klubunu təhqir edib. Müşahidə Şurasının sədri kimi buna münasibətiniz necədir?
- Münasibətim çox pisdir. Hesab edirəm ki, heç kimi təhqir etmək olmaz. Amma siz də düz demirsiniz. Mən bunu araşdırmışam. O, “Facebook”da dostları ilə yazışanda kimsə də bunu əldə edib üzə çıxarıb. Sonra da şişirdiblər ki, görün, necə təhqir edib. Mən bunu da düzgün hesab etmirəm. Biz heç kimi təhqir etmirik və edə də bilmərik. “Qarabağ” da Azərbaycan komandasıdır. Çingiz Həsənəov "Qarabağ"dan üzr istəyib.
Mənbə: qol.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
15:25
Çində millinin futbolçularının döymə ilə meydana çıxması qadağan edildi
-
15:03
2032-ci ilin yayına kimi “Aston Villa”da
-
14:32
Azərbaycan millisinin bayraqdarları müəyyənləşib
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
12.11.2026
11.11.2026
10.11.2026
























