Ölkə futbolu
Namiq Yusifov: “Çempion olmaq qıraqdan asan görünür”
“Qarabağ”ın yarəmmüdafiəçisi Namiq Yusifovun müsahibəsi
- Sizi “Qəbələ” ilə səfərdə çətin oyun gözləyir. Ardıcıl səkkiz qələbə qazanan komandaya qarşı matça hazırlıqlar necə gedir?
- “Qəbələ” ilə səfər oyunumuz həmişə çətin olub. Rəqibimizin son səkkiz oyunda qələbə qazanması işimizi bir qədər də çətinləşdirir. Çünki uğurlu seriyanı qorumağa çalışacaqlar. Bu gün Qəbələyə yola düşürük. Qarşılaşmaya hərtərəfli hazırıq. Çempionatın sonu olsa da, həvəsliyik. İnanıram ki, sərfəli nəticə ilə qayıdacağıq.
- Hansı nəticəni sərfəli hesab edirsən? Bir xalı da qənimət saymaq olar?
- Çempionatın sonudur. Hər xal qızıla bərabərdir. Əslində, bir xal da bizim üçün yaxşı nəticədir. Ancaq qələbəyə oynamalıyıq ki, heç olmasa bir xal qazanaq.
- Cari mövsüm “Qəbələ”dən başqa heç bir komandaya məğlub olmamısınız. Son iki məğlubiyyəti də bu komandadan almısınız.
- Bəli, son məğlubiyyətimiz “Qəbələ” ilə oyunda olub. Onsuz da çempionatın sonu olduğu üçün bütün oyunlar ağır keçir. Ancaq “Qəbələ” ilə oyunlarımız lap çətin olur.
- Bu rəqiblə oyununuz alınmır, ya necə?
- Alınmır deməzdim. Sadəcə “Qəbələ” həmişə nəticəyə oynayan, yaxşı komanda olub. Çempionatın istənilən vaxtında güclü olurlar. Bu səbəbdən də onlara qarşı oyunlarda daha çox xal itirmişik. Rəqibimiz son vaxtlar ardıcıl qələbələr qazanır. Ancaq biz məqsəd güdmürük ki, “Qəbələ”ni dayandıraq. Sadəcə çempionluğa qovuşmaq üçün bizə xallar lazımdır. Biz hərzamankı kimi üç xal qazanmağı düşünürük.
- Qəbələyə növbəti səfəriniz kubokun final oyununda olacaq. Bu şəhərdə həm çempionluq, həm də kubok sevincini yaşaya bilərsiniz. Bu tur “İnter” səfərdə “Simurq”a uduzsa və siz “Qəbələ”yə qalib gəlsəniz, çempioluğunuz rəsmiləşəcək.
- Bu, çox yaxşı olardı. Vaxtından əvvəl çempion olmağı hər kəs istəyər. Ancaq biz peşəkar futbolçularıq. Yalnız qarşıdakı oyunu düşünməklə bu mərhələyə çatmışıq. Sona qədər də belə olacaq. Sırf növbəti oyuna köklənməklə uğur qazanılır. Əks halda özümüzü aldada bilərik. Çempionatı başa vurduqdan sonra kuboku da düşünəcəyik. Çempionluğu bu tur qeyd edə biləcəyimizə gəldikdə isə inanmıram ki, “İnter” “Simurq”a uduzsun.
- “Qəbələ”nin gələn mövsüm “Qarabağ”la rəqabət apara biləcək yeganə komanda olduğunu demək olar?
- “Qəbələ” hər il iddalı olur. Son məşqçi dəyişikliyi isə komandaya faydalı oldu. Ardıcıl səkkiz qələbə bunu sübut edir. Gələn mövsüm “Qəbələ” çempionluğa əsas namizədlərdən biri olacaq.
- Demək olarmı “Qarabağ”ın bu mövsüm hədəfinə çatması ötən illə müqayisədə daha asan başa gəlir?
- Bunu qıraqdan baxanlar düşünür. Qıraqdan oyunlar da asan görünür, çempionluq da. Ancaq belə deyil. Hər kəsin “Qarabağ”ı çempion elan etdiyi bir vaxtda biz başqa cür düşünürük. Hələ çətin oyunlarımız var.
- Çempionatın səviyyəsinin aşağı düşməsinə görə belə düşünürlər...
- Mənə elə gəlmir ki, çempionatın səviyyəsi düşüb. Bəlkə də əvvəlki səviyyədə deyil. Ancaq bizim üçün yenə də oyunlar çətin keçir. Hər oyun ağırdır, ciddidir. Bu gün çempionatımızda hər bir rəqib bizə qalib gələ bilər.
Mənbə: Qol.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
15:25
Çində millinin futbolçularının döymə ilə meydana çıxması qadağan edildi
-
15:03
2032-ci ilin yayına kimi “Aston Villa”da
-
14:32
Azərbaycan millisinin bayraqdarları müəyyənləşib
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
12.11.2026
11.11.2026
10.11.2026
























