21 Sentyabr 2026, Bazar ertəsi
"Sumqayıt" qələbəni əldən verdi
Kurban Berdiyevdən qələbə şərhi
"Traktor"un qapıçısı "Sumqayıt"da
U-21 millimizin heyəti açıqlandı

Ölkə futbolu

"Neftçi" rəsmisi "Çelsi"nin bazasında olub

Hazırda İngiltərədə səfərdə olan "Neftçi" PFK-nın Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanov məşhur "Çelsi" klubunun bazasında olub. Futbolxeber.az-ın məlumatına görə, klub rəsmisi təəsüratlarını "Neftçi"nin rəsmi saytına danışıb: "İngiltərənin məşhur "Çelsi" klubunun təlim-məşq bazasına baş çəkdim. Görüşün əvvəlində bizə bazanın yaradılış fəlsəfəsi barədə məlumat verildi. Mərkəzin layihə müəllifi, ASL şirkətinin baş memarı olan Fil Osborn qonaqları əsas komandanın məskunlaşdığı yer və futbol akademiyası ilə tanış etdi. Bazada müxtəlif yaş qrupu komandalarının futbolçuları və inzibati heyət üçün hər cür şəraitin yaradıldığını gördük. Tibbi mərkəz və məşq zalı xüsusilə diqqətimizi çəkdi. Sonda isə salınmış meydançalar və bununla əlaqəli infrastrukturla bağlı məlumat verildi. Nəticə olaraq demək istərdim ki, komandanın qazandığı uğurlarda yaradılmış bu şəraitin müstəsna rolu var”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30