16 Aprel 2026, Cümə axşamı
XXVIII turun hakim təyinatları
Kukseviç: "Oyunumuzdan razı qaldım"
Millimiz yenə qazaxlara uduzdu
Hacı Əliyev mayor rütbəsi aldı

Ölkə futbolu

Kanales: 7-ci dublla 40-cı qol

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunu “Neftçi”nin futbolçusu Nikolas Kanales üçün əlamətdar olub. Futbolxeber.az-ın məlumatına görə, “İnter”lə qarşılaşmada (2:0) dubl müəllifi olan çilili hücumçu “ağ-qaralar”ın heyətindəki qolların sayını 40-a çatdırıb. Bu matçadək keçirdiyi 76 oyunda 38 dəfə rəqib qapılarına yol tapan Nikolas eyni sayda qol vuran komanda yoldaşı Flavinyonu arxada qoyub. Braziliyalı 174 matçda 38 dəfə fərqlənib.

Kanales Premyer Liqada 55 oyunda 34, ölkə kubokunda 8 oyunda 3, avrokuboklarda 14 oyunda 3 qol vurmağı bacarıb. “İnter”lə qarşılaşmayadək ölkə kubokunda 1 dəfə fərqlənən çilili 2013-cü il aprelin 24-də “Qarabağ”la yarımfinalın cavab qarşılaşmasında (2:2) qola sevinmişdi. “İnter”lə qarşılaşmada 2 qol vuran hücumçu “Neftçi”də 7-ci dubluna imza atıb.


pfl.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30