30 Oktyabr 2026, Cümə
Millimiz Vyetnama məğlub oldu
1/8 finalın bütün cütləri bilindi
X turun hakim təyinatları açıqlandı
Millimiz Cəbəllütariqə qalib gəldi

Ölkə futbolu

"Xəzər Lənkəran"ın son səfəri

 

Premyer Liqanın XXXI turunda “Xəzər Lənkəran” “Sumqayıt”ın qonağı olacaq. Futboxleber.az-ın məlumatına görə, bu matç “ağ-yaşıllar”ın cari mövsümdə son səfər oyunudur. Çempionatın son oyununu evdə, kubokun final matçını isə neytral meydanda keçirəcək Con Toşakın yetirmələri son səfər sınağına da Bakıda çıxacaq. Buna səbəb “Gənclik şəhəri” təmsilçisinin ev oyunlarını paytaxtda keçirməsidir.
 
Premyer Liqada 2-ci mövsümünü başa vurmaqda olan “Sumqayıt”la 5 dəfə qarşılaşan "Xəzər Lənkəran" bu rəqiblə 6-cı qarşılaşmada üz-üzə gələcək. Əvvəlki 5 matçda məğlubiyyət nə olduğunu bilməyən “Xəzər Lənkəran” 2 qələbə qazanıb və 3 heç-heçə edib. Bu görüşlərdə “ağ-yaşıllar” 8 qol vurub və iki dəfə az - 4 qol buraxıb.
 
Ötən mövsüm hər 2 oyunda qalib gələn “Xəzər Lənkəran” cari çempionatda “Sumqayıt”a qalib gələ bilməyib. Səfərə ilk üçün yollanan komanda hər 3 oyunda rəqibi ilə “sülh”ə imza atıb.
 
2011/12    06.08.2011    çempionat    e     2:1
2011/12    03.03.2012    çempionat    s    3:0
2012/13    31.10.2012    çempionat    s    1:1
2012/13    03.03.2013    çempionat    e    2:2
2012/13    21.04.2013    çempionat    e    0:0







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31