Ölkə futbolu
İlklərlə bol mütəxəssis və ya fərqli gündə dünyaya gələn Vaqif Sadıqov
Adətən 1 apreldə çoxları həqiqət kimi qələmə verilən yalan xəbərlər yazır. Təbii ki, bu, başadüşüləndir. Bütün dünyada “gülüş günü” kimi qəbul olunan bu tarixdə hamı bir-biriylə zarafatlaşır, bir-birini aldatmağa çalışır. Ancaq Vaqif Sadıqovla bağlı bu təbrik yazımı zarafat kimi qəbul etməyin. Bu təcrübəli mütəxəssis həqiqətən də aprelin 1-də anadan olub və mən sizi aldatmıram.
“Neftçi”də tanındı, “Xəzər”də daha çox oynadı
Bu gün (dünən-red.) 56 yaşı tamam olan Vaqif Sadıqovun da bir çox futbol veteranlarımız kimi, karyerasının əsas hissəsi “Neftçi”yə bağlı olub. Ancaq digər komandalarda, hətta mənim üçün doğma olan Qazaxın “Göyəzən” klubunda çıxış edən futbolçu vətəndən kənarda da top qovub. Belə ki, o, SSRİ dövründə Əhməd Ələsgərovun baş məşqçisi olduğu, Şahin Diniyev, İsgəndər Cavadovun oynadığı Moldova “Nistru”sunda forma geyinib. Ancaq Vaqif Sadıqov onu tanıdan “Neftçi”də yox, Sumqayıt “Xəzər”ində daha çox çıxış edib. Milli çempionatımızın da iştirakçısı olan futbolçu bunu ilk birincilikdə məhz “gənclik şəhəri”nin təmsilçisində edib və gümüş medal qazanıb. O, “Neftçi”nin uzun illər milli çempionatımızda yeganə böyükhesablı məğlubiyyəti olan 0:3-də iştirak edib. Hətta Mehdi Hüseynzadə adına şəhər stadionunda keçirilən həmin matçda “Xəzər”in heyətində “ağ-qaralar”a qol vurub.
Futbol tariximizə düşən nəticələr
Vaqif Sadıqovun məşqçilik karyerası tez - 34 yaşında, futbolçu kimi son klubu “Nicat”da başlayıb. Ancaq Maştağa təmsilçisində oynayan məşqçi olan səbəbkar baş məşqçi qismində ilk addımlarını məhz “Neftçi”də atıb və uğurlu alınıb. Belə ki, mütəxəssis 1994/95 mövsümündə birdən-birə 2 titul – ölkə kuboku və Superkubokunu qazanıb.
Çalışdırıcının məşqçilik karyerası ilklərlə boldur. Belə ki, Azərbaycanda ilk dəfə keçirilən Superkubokun qalibi məhz Vaqif Sadıqov olub. Bundan öncə - 1993-cü ildə “Qarabağ” Superkubokun qalibi olsa da, mövsümü “qızıl dubl”la başa vurduğundan avtomatik bu titulun da sahibi çıxıb. “Neftçi” tarixində ilk Azərbaycan kubokunu, avrokuboklara ilk vəsiqəni və orada ilk xalını məhz Vaqif Sadıqovla qazanıb. Bunların hamısı isə 1995-ci ildə olub. “Neftçi” Avropada debütünü Kuboklar Kubokunda Kiprin APOEL klubu ilə edir. Vaqif Sadıqov həmin tarixi xalı - cavab matçında 0:0 hesablı heç-heçəni ona doğma olan “Mehdi Hüseynzadə”də qazanıb. Bu, eyni zamanda Azərbaycan klublarının avrokuboklarda ilk xalı və Kuboklar Kubokunda debütü kimi tarixə düşüb.
Növbəti mövsümdə digər paytaxt təmsilçisində - “Fərid”də çalışan Vaqif Sadıqov onu birinci diviziondan güclülər dəstəsinə çıxarıb. Maraqlıdır ki, onun milli çempionatımızda çalışdırdığı klublar bir qayda olaraq Bakını təmsil edib. Digərləri “ANS-Pivani”, “Şəfa” və AZAL olub. O, “Neftçi”nin “sükanı arxası”nda 2009/10 mövsümündə də olsa da, bu, qısa müddət - yarım il çəkib.
Millidə ən çox çalışan və “azərbaycansayağı künc zərbəsi”
Vaqif Sadıqovun məşqçilik karyerasında yığma xüsusi yer tutur. Ən azı ona görə ki, o, milli komandamıza 3 vaxtda (1997-99, 2002, 2005) rəhbərlik etmiş hələ ki yeganə mütəxəssisdir. Çalışdırıcı 2009-cu ildə də əsas yığmada olsa da, onda almaniyalı baş məşqçi Bertti Foqtsun köməkçisi olub və “Neftçi”dən gələn dəvətdən sonra millidən gedib. Milli komandamızın yerinə yetirdiyi və qol vurduğu “azərbaycansayağı künc zərbəsi” məhz Vaqif Sadıqovun vaxtında olub. Özü də baş məşqçi bunu hələ 90-cı illərdə “Neftçi”də işlədiyini vaxtda ilk olaraq tətbiq edib.
O, aşağı yaş qruplarından ibarət millilərdə də baş məşqçi işləyib, bütün yığmaların kuratoru olub. Əvvəllər Əsgər Abdullayev, daha sonra Böyükağa Hacıyevlə birgə çalışan Vaqif Sadıqov son illərdə Şakir Qəribovla birgə işləyib. Yeri gəlmişkən, Hacıyevlə Qəribov hazırda onun sədri olduğu AFFA-nın Məşqçilər Komitəsinin üzvləridir.
Səbəbkarın futbolçu kimi, məşqçilik karyerasında da legioner həyatı olub. Bu, 2 müxtəlif vaxtda - 1999 və 2011-ci illərdə Rusiyanın “Anji” klubunda tanınmış dağıstanlı baş məşqçi Hacı Hacıyevin köməkçisi olması, 2003-cü ildə İranin “Maşinsazi” klubunu qısamüddətli çalışdırmasıdır. “Anji”dəki son dönəmdə Hacıyev cəzalı olduğu vaxtda isə komandanı Premyer Liqada bir neçə oyuna çıxarıb ki, belə praktikamız daha öncə “Terek”də Şahin Diniyevlə olmuşdu.
Yaşıl meydandan futbol funksionerliyinə
Vaqif Sadıqovun futbol həyatında məşqçiliklə yanaşı, funksioner kimi də çalışıb. O, hələ 2005-08-ci illərdə - 3 il doğma Sumqayıtın həmin vaxt təmsilçisi olan “Gənclərbirliyi”ndə vitse-prezident olub. Ötən ilin sonunda yaradılan AFFA-nın Məşqçilər Komitəsinə sədr təyin olunan mütəxəssisə bu ilin martında daha məsul vəzifədə etimad göstərilib. Belə ki, Vaqif Sadıqov AFFA-nın son hesabat Konfransında İcraiyyə Komitəsində boş qalan vəzifəyə seçilib. Güclü nəzəriyyəçi kimi tanınan təcrübəli mütəxəssis indi yaşıl meydandan kənarda futbolumuza xidmət edir.
Təbii ki, hər bir mütəxəssis, o cümlədən səbəbkarın da karyerasında uğursuzluqlar olub. Sadəcə, insan üçün əlamətdar gündə xoşagəlməz şeylərdən danışmaq yersiz olardı. Hər halda, həyatda heç olmasa ad günündə bunları yada salmasan yaxşıdır.
Ad gününüz mübarək, təbriklər, Vaqif müəllim!
Mehman Süleymanov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
15:25
Çində millinin futbolçularının döymə ilə meydana çıxması qadağan edildi
-
15:03
2032-ci ilin yayına kimi “Aston Villa”da
-
14:32
Azərbaycan millisinin bayraqdarları müəyyənləşib
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
12.11.2026
11.11.2026
10.11.2026
























