Ölkə futbolu
Çingiz Abdullayev: “Neftçi”də ya mən qalacağam, ya onlar”
“Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev “Bakı” ilə oyundan sonra Futbolxeber.az saytına müsahibə verib.
- “Bakı” ilə oyunun yalnız sonuna gəlib çıxdınız. Bunun səbəbi nə idi?
- Xaricilərlə rəsmi görüşümüz var idi. Onları da stadiona gətirmək istəyirdim Amma bir qədər narahat idim. Düşündüm, birdən “Neftçi” uduzar. Sonradan öyrəndim ki, komanda hesabda öndədir. Buna baxmayaraq, qonaqları stadiona gətirmək mümkün olmadı. Belədə yalnız oyunun sonuna çata bildim.
- İşinizin çoxluğu “Neftçi”dəki fəaliyyətinizə mane olmayacaq?
- Diqqət yetirsəniz, görərsiz ki idman federasiyalarına nüfuzlu insanlar rəhbərlik edir. Şərt o deyil ki, idman növü ilə məşğul olasan. Şahmatda federasiyanın prezidenti Elman Rüstəmovdur. Məgər, onun boş vaxtı daha çoxudr? Mən gündə 3 saat Yazıçılar Birliyində olsam, bəs edər. Xahiş etsələr belə, futbolçulara göstəriş verə bilmərəm. Heç qapıda dayanmağım da mümkün deyil. Əsas məqsədm odur ki, komandanın nüfuzunu qaldırmağa kömək edim.
- “Neftçi”ni brendə çevirmək üçün nə kimi planlarınız var?
- Biz Azərbaycan dedektivini dünyada brendə çevirə bildik. Nəyə görə bunu futbolda da etməyək? Planlarımız var. Sadəcə, istəmirəm ki hər şeyi qabaqcadan deyim.
- Komandaya mövsümün sonuna 2 ay qalmış gəldiz. İndi isə “Neftçi” çətin vəziyyətdədir. Komanda istənilən nəticəni qazanmasa, qınaq obyekti siz olmayacaqsız?
- Təbii ki yox. 2 aya nəyisə dəyişmək olmaz. Heç 2 ilə də böyük dəyişikliklər etmək mümkün deyil. Yadınıza gəlir, 2002-ci ildə almanlar dünya çempionatında ikinci oldular. Sonra isə bildiridilər ki, gec-tez yenidən dünya çempionu adını qazanacaqlar. 2014-cü ildə sözlərinə əməl etdilər. İşə isə uşaq futbolundan başladılar. Bizdə də perspektivli gənclər var.
- Son zamanlar “Neftçi”nin strategiyası elə idi ki, komandanı yalnız yerli məşqçilər çalışdırırdı. Üstəlik, heyətə cəlb olunan futbolçuların əksəriyyəti də azərbaycanlılar idi. Sizin vaxtınızda da eyni proses davam edəcək?
- Bu gün biz istəsək də, Ronaldo və ya Messini Azərbaycana gətirə bilmərik (gülür). Hamımız istəyirik ki, hər şey yaxşı olsun. Xaricdən ulduzların gəlməsinin də tərəfdarıyıq. Amma reallıqlar var. Təbii ki, Ronmaldo və Messinin adını zarafatla çəkdim. Bu gün həmin ulduzları nəinki biz, heç ruslar da klublarına cəlb edə bilməz. Ronaldo alan maaş bəlkə də bütün Azərbaycan klublarının illik xərcinə bərabərdir. Lakin Ronaldoya həmin pulları ödəyənlər 10 qat artığını gəlir götürürlər. Futbol ən çox gəlir gətirən idman növüdü. Ola bilməz ki, 100 minlərlə pul xərcləyəsən və qarşılığında heç nə götürməyəsən. Xaricdən oyunçu gətiririksə, onlardan nəticə də tələb etməliyik.
- Berti Foqtsun 6 il ərzində Azərbaycan millisini çalışdırması və bu müddətdə uğursuzluğa düçar olması sizi də narahat edib?
- Təbii ki. O futbolçu kimi dünya, məşqçi kimi Avropa çempionu olub. Amma Azərbaycandakı fəaliyyəti uğursuz alındı. Bu məni narahat edirdi. Düşünürdüm ki, nəyə görə alman məşqçi yunanları Avropa çempionu edir, amma Azərbaycanı yox? Kluba əcnəbi futbolçu gətirmək olar. Millidə axı yerlilər oynamalıdır. Biz Maltanı udub sevinirik. Əvvəlki futbolçulara desələrk ki, Maltanı udduğumuza görə sevinirik, onlar qəbirdə çevrilərlər. Sevinək. Amma bu, böyük uğur deyil.
- Klub üzvləri ilə görüşmək imkanınız olub?
- Bəli, olub. 2 gün sonra bütün komanda ilə görüşəcəyəm
- Transfer məsələlərində məsuliyyət kimin üzərində olacaq?
- Həm icraçı direktorun, həm də klubdakı digər peşəkarların. Mən isə bu işə nəzarət edəcəyəm. Hər şey şəffaf şəkildə həyata keçirməlidir. Transferi yalnız məşqçi həll edə bilməz. Onun icazəsi yoxdur ki, pul məsələsini həll etsin. Bu işi sədr həyata keçirir.
- Sizin gəlişinizdən sonra yeni mövsüm üçün “Neftçi”nin büdcəsinin artırılacağını gözləmək olar?
- Hesab edirəm ki, büdcə artırılmalıdır.
- Transfer məsələsində sizə Elnur Məmmədov kömək edəcək. Onun klub rəhbəri kimi böyük təcrübəsi yoxdu. Bu məqam sizi narahat edir?
- Yox, narahat etmir. Onsuz da pis işləsək, birinci elə özüm ərizəmi yazacağam. Insan özü-özünə nəzarət etməlidir. Bacarmırsansa, çıx get. Kitablarım 29 dildə təcrümə olunub. Ən gənc xalq yazıçısı olmuşam.
- Belə başa düşdük ki, Çingiz Abdullayev yazıçı kimi qazandığı nüfuzu futbolda itirmək fikrində deyil?
- Əlbəttə, yox. Yazıçılar İttifaqının katibi olanda 171 evə qol çəkmişdim. Bunun müqabilində kimdənsə 1 konfet də almamışam. Kimdən almnışamsa, çıxıb desin.
- Biz elə yox, uğursuzluq mənasında nəzərdə tuturduq.
- Nəyə görə bu yaşımda özümü biabır etməliyəm? Tək mən yox, Bəhram da burdadı. Onun KVN-də necə uğur qazandığını hamımız bilirik. Gəlir bura ki, özünü biabır etsin? Biz gəlirik ki, kömək edək. Çoxu məndən soruşur ki, futbol nəyivə lazımdı? Cavab verirəm ki, mən azərbaycanlıyam. Öz xalqıma, şəhərimə kömək edə biləcəyəmsə, nəyə görə bunu etməyim?
- Dünən qeyd etdiniz ki, “Neftçi”ni ilk növbədə bakılılar dəstəkləməlidir. Fakt budur ki, hazırda Bakının mərkəzində bakılı demək olar ki, qalmayıb. Bakılılar əsasən şəhərdən kənarda yerləşən qəsəbələrdə qalıblar ki, onların da mentaliteti stadiona gəlmək baxımından çətin məsələdir. Üstəlik, burada iqtisadi amilləri, məsafənin uzaqlığını da nəzərə almaq lazımdır.
- Bütün bu məsələlərlə maraqlanacağıq. Bəlkə onlar üçün avtobus təşkil etmək lazımdı? Ya da ola bilər, hər qəsəbədə ayrıca fan-klublar yaradılsın. Mən düşünürəm ki, “Neftçi” təkcə Bakının yox, həm də Azərbaycanın əsas komandasıdır. Azərbaycanda heç bir klubun “Neftçi” kimi sponsoru yoxdur.
- “Neftçi”dən kitab yazmaq fikriniz var?
- Mən detektiv yazıram. İstəyirsiniz ki, gələn kimi dedektiv başlasın? Dərhal kimisə öldürüm? (gülür) Yox, istəmirəm.
- Müşahidə Şurasında yer alan Sadıq Sadıqov əvvəlki 5 ildə “Neftçi”nin prezidenti idi. Bu baxımdan ondan hansısa məsləhətlər alacaqsınız?
- İndidən bizim haqqımızda çox şey yazırlar. Amma onu duelə çağırmaq fikrim yoxdur (gülür). Məsləhət alacağam. İnsan deməməlidir ki, mən hamıdan ağıllıyam, yaxşıyam.
- Ümumiyyətlə, nə vaxtsa “Neftçi”yə rəhbərlik edəcəyinizi gözləyirdiniz?
- Mənə uşaqlıqda kimsə desəydi, xalq yazıçı olacağam, həmin anda bir manata bir milyon verib deyərdim ki, mümkün deyil. İndi də adlara baxanda heyrətı gəlirəm. Başa düşün ki, mən məşqçi deyiləm. Məqsədimiz “Neftçi”nin nüfuzunu qaldırmaqdır. Heç kim deməsin ki, mən şəxsi mənafeyimi güdürəm. Burada əksinə, nüfuzumu itirə bilərəm. Uğur qazansam, mənəvi borcumu ödəmiş olacağam. Hüquq fakultəsində klubun rəhbəri idim. Fəxr edirəm ki, həmin komandada olanların 12-si hazırda generaldı. Adlarını saysam, inanmaram.
- Siz insanı düşündür, bəzən də ağladırsız, Bəhram isə güldürür. Birgə çalışmaq çətin olmayacaq?
- Yox, çətin olmayacaq. O özü də hazırda çox gözəl kitablar yazır. İndi sevinirəm ki, onun kimi peşəkar bizimlə işləyəcək
- “Neftçi”nin nüfuzunun itirilməsində qalmaqalların rolu oldu. Hakimlərin söyülməsi, futbolçuların döyülməsi və s. Bu haqda məlumatınız var?
- Təbii ki, var. Azərbaycanbda yaşayıram. Mən yazıçı olsam da, ixtisasım hüquqşunasdı. Mənim vaxtımda belə hallar yaşansa, həmin insanlar dərhal buradan gedəcəklər. Futbol dünyada 1 nömrəli idman növüdür. Kimsə özünü heyvan kimi aparacaqsa, uşaqlar da ondan nümunə götürəcəklər. Kitab yazanda həmişə deyirəm ki, kitab uşaqları tərbiyə etməlidir. Meydanda azarkeş futbola baxmalıdı, davaya, söyüşməyə yox.
- Söz verə bilərsiniz ki, sizin rəhbərliyiniz altında belə hallar təkrarlanmayacaq?
- İlk növbədə söz verirəm ki, dava-dalaş olmayacaq. Dava, söyüş, təhqir olsa həmin adamlar klubdan gedəcəklər. “Neftçi”də ya mən qalacağam, ya onlar.
- Amma nəzərə almaq lazımdır ki, futbol emosiyalar oyunudur. Bəzən elə olur ki, azarkeş, hakim də futbolçunu özündən çıxarır...
- Bu fikirlə razı deyiləm. Azarkeş qışqrıra bilər. Bunu anlayıram. Mən təhqirlə razı deyiləm. Bu artıq cinayətdir. Heç kimin ixtayarı yoxdur ki, kimisə söysün. Sabah gedib həmin şəxsi məhkəməyə verə bilərlər. Futbol çempionatları dünyada ən çox baxılan turnirdir. Son mundialda Suares rəqibini dişlədi. Bu epizoda hamı gülürdü. Ya Maradona kimi oyunçu əli ilə qol vurdu. İndiyə kimi onun bu addımını pisləyirlər.
- Mətbuatda sizin “Neftçi”yə rəhbərlik edəcəyiniz haqda xəbərlər çıxanda çoxlarını 1 sual düşündürürdü: yazıçı hara, futbol hara? Bunu eşidəndə münasibətiniz necə oldu?
- Bayaq dediyim kimi, əksər federasiyalara nüfuzlu şəxslər rəhbərlik edir. Mən də komandaya kömək etmək üçün gəlmişəm. Görsəm, kömək edə bilmirəm, gedərəm.
- Mətbuatda yazılanlara reaksiyanız necə idi?
- Daha əvvəl haqqımda elə də çox tənqid yazmırdılar. Elə yazılar olanda və dost-tanış sual verəndə ki, həmin yazılara niyə cavab vermirsən, həmişə bir fikir deyirəm - “Abidə milçəyə cavab verə bilməz”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Kevin Medina millimizin sabiq üzvü ilə komanda yoldaşı oldu - EKSKLÜZİV
- Xarici saytlar AFFA-nın yalanını üzə çıxardı - FOTO FAKT
- “Kəpəz”in yeni rəhbəri işə başladı, baş məşqçi postuna 2 namizəd - ÖZƏL
- “Fabritsio Romano “Qarabağ”a transferimi paylaşmaqda gecikdi”
- Kanada millisindən tarixi nəticə
- “Şəfa”da xaos: rəhbərliklə baş məşqçi arasında ciddi narazılıq yaranıb
- Bu legioner “Qarabağ”dan gedir – Asiyadan sərfəli təklif alıb - ÖZƏL
- “Dinamo” “Karvan-Yevlax”dan AFFA və UEFA-ya şikayət edə bilər
- Azərbaycan futbolunda heç vaxt heç vaxt demə...
- “Neftçi” növbəti səs-küylü transferə hazırlaşır
- “Kəpəz”lə razılaşmışdı, “Osiyek”i seçdi
- "Qarabağ"ın rəqibi bəlli oldu
- “Turan Tovuz” “Zenit”in sabiq qapıçısını transfer edir - ÖZƏL
- "Qarabağ"ın sabiq futbolçusu 41 yaşında vəfat etdi
- “Sumqayıt”dan ayrılan Saşa İliç bu tanınmış klubu çalışdıracaq
-
18:26
Tahir Abdullayev UFC-də ilk qələbəsini qazandı
-
17:58
Ceyhun Sultanov: “Hədəf barədə komanda tam formalaşdıqdan sonra danışmaq olar”
-
17:15
Azərbaycan klublarının yay transferləri (Yenilənir)
-
16:33
Tçkayev qızıl, Heydərov bürünc medal qazandı
-
16:01
Ukrayna klubu Leandro Andradenin keçidini açıqladı
-
14:44
Kabo Verde - Səudiyyə Ərəbistanı matçında heç-heçə VİDEO
-
14:29
Bahadur Həziyev yenidən “Səbail”də
-
14:12
Belçikadan 5 qollu qələbə VİDEO
-
13:57
“Neftçi” yeni mövsümə hazırlığın ilk mərhələsini başa vurdu FOTOLENT
-
13:30
Misir - İran oyununda qalib aşkarlanmadı VİDEO
-
13:05
Andrade “Qarabağ”dan getdi
-
11:46
"Qarabağ" Avstriyada ilk oyununa çıxır
-
11:28
Musleranın səhvi İspaniyaya qələbə qazandırdı VİDEO
-
11:13
Kurtua Belçika futbolunun tarixinə düşdü
-
10:51
Seneqal İraqı darmadağın etdi VİDEO
-
10:39
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:24
"Qarabağ"ın Avstriya toplanışı davam edir FOTOLENT
-
10:02
DÇ-2026: 1/16 finalın 4 cütü məlumdur
-
09:47
Fransa Norveçə şans tanımadı VİDEO
-
22:43
Lyubomir Tupta rəsmən “Neftçi”də
-
21:59
Azərbaycanın iki şahmatçısı dünya çempionu oldu
-
21:36
"Zirə"nin "Torpedo" ilə oyunlarının hakimləri açıqlandı
-
19:27
"Turan Tovuz" Vadji ilə yeni müqavilə imzaladı
-
18:15
Bəhlul Mustafazadə nə vaxt meydana qayıdacaq?
-
18:00
“Zirə”də kadr dəyişikliyi olub
-
17:38
“Zirə”nin rəqibi xorvat yarımmüdafiəçi ilə gücləndi
-
16:52
Qusarda 297 cüdoçu kəmər dərəcələri üzrə imtahan verib
-
16:24
“Səbail”dən növbəti transfer
-
16:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
15:41
Azərbaycan cüdoçusu Qran-Pri turnirində bürünc medal qazanıb
-
15:19
Yavər Hüseynova Azərbaycan Karate Federasiyasında vəzifə verildi
-
14:53
Riad Rəfiyev Braziliya təəssüratlarını bölüşdü: “Məhsuldar və yaddaqalan səfər idi” FOTOLENT
-
14:37
Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edildi
-
14:26
Vernidub: “Yeni mövsümdə tribunaları dolu görmək istərdim”
-
14:05
Yuri Vernidub daha 2 il “Neftçi”də! FOTOLENT
-
13:48
Renaldo Sefas: “Bu möhtəşəm ailəyə qoşulduğum üçün çox xoşbəxtəm”
-
12:12
“Neftçi”nin yeni transferi tibbi müayinədən uğurla keçdi
-
11:54
Türkiyə - ABŞ matçında 5 qol VİDEO
-
11:31
DÇ-2026: 1/16 finalın 4 cütü məlumdur
-
10:47
Almaniya Ekvadora uduzdu VİDEO
-
10:23
Azərbaycan taekvondoçusu Qazaxıstanda qızıl medal qazanıb
-
10:00
Niderland Tunisi 3 qolla üstələdi VİDEO
-
20:21
İdman jurnalisti “Sheki Open 2026”nın qalibi oldu
-
20:00
Azərbaycan teleməkanında ilk
-
19:19
Renaldo Sefas rəsmən “Qarabağ”da
-
18:52
AFFA onların şikayətini təmin etdi
-
18:33
"Səbail" sabiq futbolçusunu geri qaytardı
-
17:45
Bakıda məşqçilər üçün seminar keçirilib
-
17:27
“Araz-Naxçıvan”ı Küveyt klubuna dəyişdi
-
17:06
FIFA bu ölkənin üzvlüyünü dayandırdı
27.06.2026
26.06.2026
25.06.2026























