23 Yanvar 2026, Cümə
“Neftçi”dən azarkeşlərinə müjdə
Millimiz Danimarkaya uduzdu
Qurbanovun 500-cü qələbəsi
17-ci turun hakim təyinatları

Ölkə futbolu

"Simurq"un prezidenti: “Klubun gələcəyi ilə bağlı qaranlıq məsələlərə aydınlıq gətiriləcək”

“Simurq” Peşəkar İdman Klubunun prezidenti Anar Bəkirov əsas komandanın üzvləri ilə iclas keçirib. Futbolxeber.az-ın məlumatına görə, klub rəhbərliyinin, məşqçilər korpusunun və futbolçuların iştirak etdiyi görüşdə qarşıdakı oyunlar müzakirə edilib.

İclasda Anar Bəkirov son zamanlar "Simurq"la bağlı mətbuatda gedən yazılara aydınlıq gətirərək bildirib ki, heç bir kənar təsir komandanın qarşısına qoyduğu hədəfə çatmağa mane olmamalıdır. Hər bir kəs işinə köklənməli və yaxşı nəticə qazanmaq üçün sona qədər mübarizə aparmalıdır. O qeyd edib ki, "Simurq"un gələcəyi ilə bağlı səslənən fikirlər həqiqəti əks etdirmir və yaxın zamanlarda bütün qaranlıq məsələlərə aydınlıq gətiriləcək. Komandanın maliyyə cəhətdən heç bir probleminin olmadığını diqqətə çatdıran klub prezidenti, futbolçulardan qarşıdakı oyunlarda mütləq nəticənin qazanmalı olduqlarını vurğulayıb və onlara uğurlar arzulayıb. 

 


simurqpfk.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31