8 Dekabr 2025, Bazar ertəsi
“Zirə” “Qarabağ”la heç-heçə etdi
DÇ-2026-nın püşkü atıldı (YENİLƏNİB)
Azər Bağırov: “Qələbəyə çox inanırdım”
Saşa İliç: “Cəzam çox ağırdır”

Ölkə futbolu

Maltanın baş məşqçisi: “Məğlubiyyətə layiq deyildik”

“Futbol riyaziyyat deyil. Bəzən qələbə qazanır, bəzən isə uduzursan. Ancaq biz qətiyyən bu məğlubiyyətə layiq deyildik”. Futbolxeber.az-ın Qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri Malta millisinin baş məşqçisi Pietro Gedin yığmamızla oyundan (0:2) sonra keçirdiyi mətbuat konfransında deyib.

Komandasının zəif çıxış etdiyini bildirən italiyalı mütəxəssis yığmamız haqda xoş sözlər söyləyib: “İlk hissədə oyunçularımız heç yaxşı oynamadı. Boşluqlarımız çox idi. İkinci hissədə başqa oyun sxemindən istifadə etdik. Bununla da oyunumuzu tapdıq.  Rəqibin hər iki cinahı yaxşı oynayırdı. Ancaq bizdə bu sarıdan  problemlər oldu”.

P.Gedin 2013-cü ildə yoxlama oyununda millimizə uduzduqları qarşılaşmanı da xatırlayıb: “Həmin oyunda bizdə fiziki vəhətdən çox problem oldu. Azərbaycan millisi o vaxt daha yaxşı oynayırdı. Fərq ondan ibarətdir ki, biz bu dəfə zəif çıxış etdik”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31