29 Avqust 2026, Şənbə
Denzel Jubitana “Neftçi”də
III turun hakim təyinatları açıqlandı
"Qarabağ"ın "Xaric segah"ı...
"Qarabağ" "Tvente"yə məğlub oldu

Ölkə futbolu

AFFA Mirbağır İsayevin istefasını qəbul edib?

“U-17-nin baş məşqçisi Mirbağır İsayevin istefasının AFFA tərəfindən qəbul olunub-olunmayacağı hələ məlum deyil. Bu haqda yekun qərar martın 29-dan sonra qəbul ediləcək”. Bunu Futbolxeber.az saytına verdiyi açıqlamada AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu deyib.

Qurum rəsmisi qeyd edib ki, İsayev istefası haqda AFFA rəhbərliyini məlumatlandırıb: “Dünən Serbiya ilə oyundan sonra Mirbağır İsayev istefa verdiyini AFFA-nın baş katibi Elxan Məmmədovun diqqətinə çatdırıb. Baş katib isə ona tələsməməyi məsləhət görüb. Lakin Mirbağır İsayev qərarının qəti olduğunu diqqətə çatdırıb. Hazırda məsələ açıq qalır. Bayram günləri başa çatdıqdan sonra baş məşqçi ilə görüşə keçiriləcək və orada yekun qərar qəbul ediləcək”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31