Ölkə futbolu
Robert Prosineçki: “Kimin millidə nə qədər oynamasının mənim üçün fərqi yoxdur”
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin mətbuat konfransı keçirilib. Futbolxeber.az-ın məlumatına görə, xorvat mütəxəssis hazırlıq üçün yaradılan şəraitdən razılıq ifadə edib: "İlk dəfədir bir yerdəyik. 2 gündür məşqlərə başlamışıq. Şərait yaxşıdır. Komandadan razıyam.
Oyunçularda motivasiya çox yüksəkdir. Birinci məşq bərpa prosesi idi. İkinci məşqdə fiziki yükləmələr oldu. Futbolçular istəyimi tam yerinə yetirdilər. Bu onu göstərdi ki, potensialları var. Vaxtımız azdır, amma Malta yığması ilə oyun ərəfəsində də hazırlıq keçəcəyik”.
Prosineçki komandasının hücum futbolçu sərgiləməsini istədiyini vurğulayıb: “İstəyirəm ki, komandam hücum futbolu oynasın. Amma müdafiəyə də fikir verməliyik. Oyunçularla fərdi söhbət etmişəm. Komanda ilə birgə də danışmışam. Səmimi insanam, sizə də olanları deyirəm, özümdən heç nə uydurmuram. Futbolçulara demişəm ki, kimin millidə nə qədər oynamasının mənim üçün fərqi yoxdur. Mənim üçün vacibdir ki, futbolçu sistemimə uyğun, formada olsun. Məşqçi kimi əlimdən gələni edəcəyəm ki, futbolçular özlərinə inansınlar. Çalışacağam ki, Azərbaycan millisi qısa zamanda gözəl futbol oynasın. Ən azından, Bakıya gələnlər hiss etsinlər ki, yaxşı komandaya qarşı oynayırlar. Azərbaycanlı futbolçularda bu potensial var.
Futbolçularda qalib ruhu formalaşdırmaq istəyirəm. Bu, o demək deyil ki, 8 futbolçu ilə irəli gedəcəyik. Futbolda müdafiə də çox vacibdir. Amma baxımlı, gözəl oyun göstərməliyik. Hər bir futbolçu bilməlidir ki, o, öz vətəni üçün oynayır. Görsəm ki, hansısa futbolçu əlindən gələni etmir, onu bir daha millidə görməyəcəksiniz”.
Prosineçki çempionatımızın səviyyəsi barədə də danışıb: “Avropa ölkələrinin çempionatları ilə müqayisə edəndə Azərbaycan çempionatının səviyyəsi aşağıdır, sürət azdır. Amma azərbaycanlı futbolçularda keyfiyyət görürəm. Ardıcıl 4 məğlubiyyətdən sonra futbolçuya özünəinamı qaytarmaq asan iş deyil. Xüsusilə 0:6 hesablı məğlubiyyət qeydə alınıbsa. Əlimizdən gələni edəcəyik ki, İtaliya və Xorvatiya yığmaları kimi komandalar Bakıya gələndə ehtiyat etsinlər. Demirəm ki, onları məğlub edəcəyik. Amma ən azından Bakıya gələndə çətin səfərə çıxdıqlarını desinlər”.
affa.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
15:25
Çində millinin futbolçularının döymə ilə meydana çıxması qadağan edildi
-
15:03
2032-ci ilin yayına kimi “Aston Villa”da
-
14:32
Azərbaycan millisinin bayraqdarları müəyyənləşib
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
12.11.2026
11.11.2026
10.11.2026
























