Ölkə futbolu
Mikayıl Nərimanoğlu: “Biz reytinq uğrunda mübarizə aparmırıq” (Müsahibə)
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin Rəhbəri Minayıl Nərimanoğlunun müsahibəsi
- AFFA-nın yeni saytının texniki imkanlar baxımdan әvvәlkinә nisbәtәn hansı üstünlüklәri, fәrqlәri var?
- Əvvəl saytımızda istənilən informasiyanı yerləşdirmək olmurdu. İndi isə yeni dizaynda, yeni texniki imkanlarla bütün xəbərləri yerləşdirə bilirik. Həm də yeni saytımızda bölmələr konkretləşdirilib. Bundan sonra AFFA-nın bütün nəşrləri, hesabatları saytda yerləşdiriləcək. Amma əvvəlki saytımızda imkan məhdud idi.
- AFFA saytı, kobud ifadә elәsәk, hәr xәbәri vermir. Bunun səbəbləri nə idi? Bundan sonra necə olacaq?
- Bununçün bizim əvvəlki adminkamızda geniş imkan yox idi. Artıq bu problemi də aradan qaldırmışıq. Bütün xəbərləri kateqoriyalara bölmüşük. Milli komandaların bütün yaş qrupları haqda xəbərləri burda yayımlamaq imkanımız olacaq. Bundan əlavə bütün liqalar haqda informasiyalar olacaq. Həmçinin yeni saytda hakimlər haqda da ətraflı məlumatlar və onların fotoları yer alacaq. Əvvəlki saytımız 2008-ci ilin yanvar ayında yenilənib. O vaxt informasiya texnologiyaları indiki qədər inkişaf eləməmişdi. Həm də AFFA-nın keçirdiyi müxtəlif tədbir və liqaların sayı artıb. Məsələn, U-10 liqası yaradılmışdı, amma onunçün köhnə saytda bölmə ayıra bilmirdik. İndi futzal millisi, qızların liqaları haqda da məlumatlar olacaq. Köhnə versiyada əsasnamələri yerləşdirməkdə çətinlik çəkirdik. Daha belə hal yaşamayacağıq. Bu da klublarımıza əsasnamələri birbaşa saytımız vasitəsilə əldə eləmək şansı yaradacaq.
- Əvvəl affa.az və affavideo.az bir-birindən ayrı idi...
- Bəli, biz bunu da aradan qaldırdıq. Əvvəl affa.az-da videoları izləmək üçün başqa linkə - affavideo.az-a keçirilirdi. İndi isə birbaşa affa.az-ın özündən bununçün imkan olacaq. Bu da oxucuların vaxtına qənaəti deməkdi. Köhnə versiyada izləyicilər hər hansı videoya baxmaqçün əlavə 20-30 saniyə vaxt itirirdi. Amma indi belə olmayacaq, birbaşa linkə daxil olub istənilən videonu izləyə bilərsiz. Həmçinin milli komandalarımızın oyunlarına canlı baxmaq mümkün olacaq. İstənilən xarici çempionat və millilərin oyunlarını da canlı yerləşdirmək imkanımız var.
- Bundan әvvәlki tәrtibat, affavideo.az UEFA-dan mükafat qazanmışdı. Nәyә әsasәn? Vә yeni tәrtibatın iddiaları nәlәrdәn ibarәt olacaq?
- affavideo.az yarananda UEFA tərəfindən yaxşı qiymət aldı. Həmin vaxt qitənin ali futbol qurumu saytımızı ən yaxşı media layihələrindən biri saymışdı. Çünki o zaman videoinformasiyaların yayılması yeni idi və bu istiqamətdə inkişaf yox idi. Amma biz bunu yaratdıq. Təbii ki, bu da dövrün tələbinə uyğun addım olduğu üçün qurum tərəfindən mükafatlandırıldıq.
- Yeni saytınızda biletlerin satışı bölməsi var. Orada yalnız milli komandanın oyunlarına biletlər satılacaq?
- Biz biletlərin onlayn satşını hələ 2010-cu ildə dünya çempionatı zamanı FIFA ilə birgə təşkil eləmişdik. O vaxt bir sıra azarkeşlər bizdən internet ezərindən bilet aldılar. İndi də belə olacaq. Azarkeşlər oyundan əvvəl biletləri rahat şəkildə əldə edə biləcəklər. İlk olaraq millimizin oyunlarına bilet satışı ilə məşğul olacayıq. Əgər hər hansı başqa tədbir və turnirlərdən təkliflər alsaq, onların da biletlərini satmaq üçün imkanımız olacaq. Bundan əlavə saytımızda milli komandaların formaları da onlayn formada satılacaq. Bu da o deməkdi ki, affa.az təkcə informasiya saytı yox, həm də bir marketinq üçün bir vasitədi. - "Futbol Dünyası" qәzeti dә AFFA-nın KİV orqanıdı, belә mümkündümü, yeni tәryibatda qәzetә aid bölmә yaradılsın vә oxucuların qәzetinizi internet üzәrindәn dә oxumaq imkanı qazansın?
- Bu da mümkün olacaq. Hazırda bununçün lazımi texniki işlər görülür. Bəzi işlər yekunlaşandan sonra, "Futbol Dünyası" qəzeti üçün də bölmə yaradılacaq.
- Müxtәlif klub vә futbol qurumlarını saytı var. Heç reytinq ölçmüsüzmü, bilirsizmi, AFFA-nın saytı hansı mövqedәdi?
- Biz reytinq uğrunda mübarizə aparmırıq. Məsələn, elə vaxt olub ki, sayta milli komandamızın oyununu canlı qoymuşuq, həmin vaxt izləyicilərin sayı 70 mini ötüb. Tərifləmək olmasın deyə, reytinqi konkret deyə bilmərəm. Amma düşünürəm ki, nüfuzumuz xeyli yüksəkdi. Saytın reytinq yoxlaması mexanizmini özüm aparıram. Məsələn, hər hansı xəbər yerləşdirəndən sonra, görürəm ki, həmin xəbəri 1-3 dəqiqə sonra bir çox xəbər portalları yayıb.
- Neçə əməkdaşınız var?
- O qədər çox işçimiz yoxdu. Hazırda sayt üzərində iki nəfər işləyir. Bir nəfər fotoqrafımız var. Amma affavideo.az-da operatorlarımız və montajçılarımız var. Onlar AFFA-nın bütün rəsmi görüşlərində, tədbirlərdə və bütün liqaların oyunlarında olur, videoroliklər və analizlər hazırlayırlar.
- Futbolun inkişafı proqramında kütlәvilәşdirmәyә aid bәnd var. Bununçün internet resurslarının rolu önәmlidi. Saytınız bu istiqamәtdә neylәyib?
- Bizim saytımız bütün işləri elə bu istiqamətdə aparır. Yeni dizaynla biz informasiyanı oxuculara daha yaxşı və daha rahat halda çatdırırıq. Bizim bu yeni layihəmiz futbolumuzun təbliğatına və kütləviləşməyə yönəlib. Burada həmçinin dövlət proqramından maliyyə resurslarının yaxşılaşdırması məsələsi də rol oynayır. Ona görə də biz saytda sponsorlarımızın reklamını yerləşdirmişik. Onlar da burdan mənfəət əldə edir. Buna görə də biz sponsorlarımızı futbolun üzərindən təbliğ edirik. Məsələn, affavideo.az-da videolar “Bakcell”in təqdimatı ilə yayımlanır. Bu da xüsusi bir layihədir.
- Saytın tanıtımı istiqamәtindә hansı tәdbirlәr görülüb-görülәcәk?
- Bizim buna ehtiyacımız yoxdu. Saytımız yetəricə tanınır. 2005-ci ilin may ayından fəaliyyətdədi. Daha yaxşı tanınması üçün obyektivlik və informasiyaların çatdırılma mexanizmini yaxşılaşdırmışıq. Əsası isə işgüzarlıq və operativlikdi. Əgər biz bunları qoruya bilməsək, reytinqimizi itirəcəyik. Rəsmi iş vaxtımızın axşam saat 6-ya qədər olmasına baxmayaraq, bizdə zaman məhdudiyyəti yoxdu. Bayram günlərində, bazar və şənbə günlərində də çalışırıq.
Mənbə: Futbolpress.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
15:25
Çində millinin futbolçularının döymə ilə meydana çıxması qadağan edildi
-
15:03
2032-ci ilin yayına kimi “Aston Villa”da
-
14:32
Azərbaycan millisinin bayraqdarları müəyyənləşib
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
12.11.2026
11.11.2026
10.11.2026
























