24 Aprel 2026, Cümə
“Səbail” darmadağınla ikinci pillədə
"Cəbrayıl" “Mingəçevir”ə qalib gəldi
“Qarabağ” rəsmiləri UEFA Forumunda
Kubokda ilk finalçı müəyyənləşdi

Ölkə futbolu

Nikolay Adam: “Bu gün öz oyunumuzu göstərə bilmədik”

“Əvvəlki oyunlardan fərqli olaraq bu gün öz oyunumuzu göstərə bilmədik. Buna görə də istədiyimiz nəticəni qazana bilmədik”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Sankt-Peterburq komandası ilə oyundan sonra U-19 millimizin baş məşqçisi Nikolay Adam deyib.

Alman məşqçi futbolçularından şikayətlənib: “Nə hücumdan müdafiəyə, nə də müdafiədən hücuma istədiyimiz kimi keçə bilmədik. Bu yaşda futbolçunun başını itirməsi mümkündür. Amma uğur qazanmaq istəyirsənsə, belə olmamalıdır. Qarşıda Cənubi Koreya ilə oyunumuz var. İndi həmin matçı düşünməliyik. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Sankt-Peterburq çox gözəl təsir bağışladı. Hələ oyundan futbolçularıma rəqibin güclü olduğunu demişdim”. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30