Ölkə futbolu
Sənan Şəfizadə: “Erməni mətbuatı yazdı ki, o aparıcının psixi müalicəyə ehtiyacı var” (Müsahibə)
ATV kanalının əməkdaşı, tanınmış jurnalist Sənan Şəfizadə Qol.az saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:
- Yəqin ki, biz bu gün də səni “Qarabağ”ın oyununda görəcəyik.
- Bəli. Bugünkü oyunun aparıcılığını yenə mən edəcəm. İnanıram ki, azarkeşləri bu oyunda möhtəşəm şou gözləyir. Bu gün biz “Qarabağ”a elə dəstək olmalıyıq ki, klubumuz bizdən əlavə güc alsın və meydanı qələbə ilə tərk etsin. Çünki Azərbaycan futbolunun buna ehtiyacı var.
- Gələk idman tədbirlərində aparıcılığına. Nə vaxt aparıcılığa başlanmısan?
- Bu sahədə ilk sınağım hələ orta məktəb illərinə təsadüf edir. 6-ci sinifdən başlayaraq orta məktəbdə tədbirlərə aparıcı kimi dəvət alırdım. Aparıcılığımı bəyənirdilər. Bu da məni hər zaman sevindirirdi. Sonradan bu sahəyə marağım artdı və jurnalistika ixtisasına yiyələndim. 2003-cü ildən ATV kanalında aparıcılıq edirəm. İlk dəfə isə sərbəst güləş üzrə Azərbaycan çempionatında tədbirin aparıcısı olmuşam. Tədbirlərdə aparıcılıq etmək mənim arzum olduğu üçün bu təklifi qəbul etdim. Amma bu sahadə ilk uğurum AFFA-nın Gəncədə keçirdiyi bir tədbirdə oldu. Bundan sonra çox tədbirə dəvət aldım.
- Ancaq idman tədbirlərində aparıcılıq edirsiz?
- Əvvəllər bir çox idman növlərində keçirilən yarışlarda, futbol klublarımızın oyunlarında aparıcılıq etməyə başladım. Bu sahədə ilk uğurlarımı qazandıqdan sonra sponsor tədbirlərinə, bəzi şoulara, müxtəlif brendlərin təqdimat mərasimlərinə də dəvət aldım. Əvvəlcə belə tədbirlər mənə qəribə gəlirdi. Amma getdikcə alışdım və çox sevdim. Hətta bəzən dostlarım mənə deyirdilər ki, mən artıq şou tədbirlərinə maraq göstərirəm. Amma yox. Sadəcə bu təklifləri yaxşı dəyərləndirdim və razılıq verdim. Düzü idmanda olan emosionallıq aparıcılığıma mane olmur. Mən minlərlə insanın olduğu auditoriyanı, orada yaşanan həyəcanı sevirəm.
- Aparıcılıq zamanı başınıza hansısa maraqlı hadisə gəlibmi?
- Əlbəttə. Məsələn, bir dəfə “Baku Fires” boks klubu Fransa komandasıyla qarşılaşırdı. Hesab 2:1 bizim xeyrimizə olarkən azarkeşlər meydançaya kənar əşyalar atmağa başladılar.O zaman təşkilatçılar tamaşaçıları sakitləşdirməyi mənə tapşırdılar. Mən də müxtəlif yollardan istifadə etdim, rinqə çıxıb tamaşaçılara bizim qonaqpərvər xalq olduğumuzu dedim. Bundan sonra onlar sakitləşməyə başladılar. Bir də şərhçilik zamanı maraqlı bir şey olub. “Birlik kuboku”nda “İnter” (Bakı) - “Mika” (Ermənistan) oyunundan sonra erməni mətbuatı yazmışdı ki, “azərbaycanlı şərhçi elə emosional idi ki, elə bil Çempionlar Liqasının oyununu şərh edir. O aparıcının pisixi müalicəyə ehtiyacı var”.
- Aparıcılığın zamanı televiziya kanallarının şərhçiləri ilə problemlərin olurmu?
- Bəzən olur. Məndən bir az sakit olmağımı istəyirlər ki,canlı yayımda problem yaranmasın. Amma mən də üzərimə düşən işi görməliyəm. Axı, o qədər böyük kütləni diqqətdən kənar qoya bilmərəm. Sonradan bu işi tənzimlədik. Cihazları elə quraşdırırlar ki, bir-birimizin işinə mane olmuruq.
- “Qarabağ”ın oyunları zamanı 30 mindən çox azarkeşlə ünsiyyət qurursan. Bu qədər geniş auditoriyani idarə etmək çətin deyil?
- Tamaşaçıları ələ almaq böyük qabiliyyət tələb edir. Müəyyən sözlərdən və hərəkətlətdən istifadə etməli olursan ki, azarkeşlər səni dinləsin. Bu oyunlarda aparıcılıq etmək həm çətin, həm də həyəcanlıdır. Məsuliyyətim böyük olur. Çünki başa düşürəm ki, kütləni idarə etmək məndən aslıdır.
- Sizi meydanda çox emosional görürük. Bu səsinizdə problem yaratmır?
- Olur ki, bir həftə ərzində bir neçə tədbirə dəvət alıram. O zaman çalışıram ki, səsim batmasın. Hətta bunun üçün bəzən səhərlər çiy yumurta içirəm. Bu sahədə daha təcrübəli insanlardan məsləhətlər alıram. Müxtəlif səs tembrləri var ki, tədbirlərdə bundan istifadə edirəm. Mənim üçün bir şüar var: “Qoy səs meydanda batsın, amma idmanımız, idmançılarımız, o cümlədən də “Qarabağ” qalib gəlsin”.
- Yəqin ki, “Qarabağ”ın oyunlarından sonra daha çox tanınmağa başlamısız.
- Aparıcılığa başlayandan sonra azarkeşlərin sevgisini daha çox hiss edirəm. Xüsusilə “Qarabağ”ın oyunlarından sonra insanların mənə marağı artıb. İstər sosial şəbəkələrdə, istərsə də şəhərdə gəzəndə məndən qələbə qazanıb-qazanmayacağımızı soruşurlar. Hətta mobil nömrəmi tapıb zəng vuranlar da olur. Elə bugünkü “Qarabağ” - “Dnepr ”oyununda olub-olmayacağımla maraqlananlar da var. İnsanların bu sevgisi məni sevindirir..
- Ən çox hansı oyunda həyəcanlanmısan?
- Belə oyunlar çox olub. Amma “Qarabağ”-“Zalsburq” (2:1) və “Qarabağ”- “Sent-Etyen” (0-0) oyunları xüsusi qeyd edərdim. Bu oyunlarda elə bir aura vardı ki, bu, məni daha emosional olmağa məcbur edirdi. “Zalsburq”la Bakıda keçirilən oyunda elə bir azarkeş dəstəyi gördüm ki, inanmağım gəlmədi. Amma ”Qarabağ” - “Sent-Etyen” oyununda tamaşaçılar daha çılğın və möhtəşəm idi. Azərbaycan bayrağının meydanda dövrə vurması, azarkeşlərin həyəcanı, onların bayrağa toxunmaq üçün necə canfəşanlıq etməsi insanı valeh edirdi. İnanın, ağlamamaq üçün özümü güclə ələ aldım.
“Qarabağ”ın qazandığı uğurlardan sonra kluba azarkeş sevgisi artıb və stadionlarda demək olar ki, boş yer olmur.
“Qarabağ” son illərdə Azərbaycan tamaşaçısına futbolu sevdirdi, onları stadiona cəlb etdi. Azərbaycanda kütləvi azarkeş hər oyunda olmur, belə səs-küylü azarkeşlər çox azalıb. ”Zalsburq”la Bakıda keçirilən oyunda isə azarkeşlər sonacan susmadılar və ilk dəfə idi ki, bəlkədə son saniyəyəcən tribunaları heç kim tərk etməmişdi. Hətta “Zalsburq”un baş məşqçisi Adi Hütter Avstriyada keçirilən cavab oyununda mənim sualıma cavab olaraq dedi ki, “Siz azarkeşlərlə oyundan öncə neçə dəfə məşq edirsiz?” Mən “biz məşq etmirik” deyəndə o heyrətləndi. Mənə dedi ki, “ola bilməz, siz elə bir şou yaratmışdız ki, sanki ikinci hissədə meydana helikopter düşürdü”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Kevin Medina millimizin sabiq üzvü ilə komanda yoldaşı oldu - EKSKLÜZİV
- “Neftçi”nin oyununda dava
- Almaniya DÇ-2026 ilə vidalaşdı
- Adil Şükürov “Sumqayıt”la anlaşdı
- “Fabritsio Romano “Qarabağ”a transferimi paylaşmaqda gecikdi”
- Kanada millisindən tarixi nəticə
- PFL I və II Liqanın başlama tarixini açıqladı
- “Şəfa”da xaos: rəhbərliklə baş məşqçi arasında ciddi narazılıq yaranıb
- “Kəpəz”lə razılaşmışdı, “Osiyek”i seçdi
- “Ferentsvaroş”un baş məşqçisi: “Qarabağ” elə intensiv futbol oynadı ki...”
- “Neftçi” növbəti səs-küylü transferə hazırlaşır
- "Qarabağ"ın rəqibi bəlli oldu
- "Sumqayıt"ın baş məşqçisi müəyyənləşdi
- “Turan Tovuz” “Zenit”in sabiq qapıçısını transfer edir - ÖZƏL
- “Qarabağ” milli üzvünün yolunu gözləyir?
-
23:41
Azərbaycan güləşçisi Avropa çempionu olub
-
21:25
Azərbaycanın çimərlik voleybolçuları bürünc medal qazanıblar
-
18:52
"Şəfa"dan növbəti transfer
-
16:14
Şahin Diniyev üçün əlamətdar gün
-
15:38
Dünya çempionatı: güləş millimizin ilkin heyəti açıqlanıb
-
15:09
"Qarabağ"dan ayrılan futbolçu klubuna yenə lazım olmadı
-
13:47
Olimpiya mükafatçısı Milli Gimnastika Arenasında ustad dərsi keçib
-
11:23
Azərbaycan gimnastları Portuqaliyada beynəlxalq turniri 12 medalla başa vurublar
-
10:56
Makqreqordan uğursuz qayıdış
-
10:31
“Qarabağ” "Partizan"ın müdafiəçisini transfer edir
-
10:15
Argentina əlavə vaxtda sevindi VİDEO
-
10:02
DÇ-2026-da yarımfinal cütləri
-
09:44
Bellingemin dublu İngiltərəyə qələbə qazandırdı VİDEO
-
09:30
Azərbaycan klublarının yay transferləri (Yenilənir)
-
22:41
Ruslan Lunyov Avropa Kubokunda qızıl medal qazanıb
-
21:25
Qadın güləşçimizdən tarixi uğur
-
20:59
“Şamaxı”dan yeni qapıçı transferi
-
19:33
Qadın basketbolçularımız Rumıniyanı məğlub edib
-
18:06
Əvəzedicilər Liqası 21 avqustda start götürəcək
-
17:17
Azərbaycan Basketbol Liqasının yeni mövsüm oktyabrda başlayacaq
-
16:42
"Karvan-Yevlax"dan getdi
-
14:24
Vernidub: “Konfrans Liqasının qrupuna düşməyi çox istəyirəm”
-
13:58
Mahir oynadı, “Kayzerslautern” qalib gəldi
-
13:31
Amil Həmzəyev “Neftçi”dən ayrılıb
-
13:00
Günün canlı yayımlayacaq oyunları - TV AFİŞA
-
11:49
Milli Gimnastika Arenasında Avropa çempionatı ilə bağlı təşkilati məsələlər müzakirə edilib
-
11:25
Bakıda IBA Çempionlar Gecəsi keçirilib
-
10:53
Azərbaycan klublarının UEFA reytinqindəki mövqeyi açıqlandı
-
10:36
"Neftçi"nin qələbəsi FOTOLENT
-
10:12
İspaniya - Belçika matçında 3 qol VİDEO
-
09:47
Lamin Yamal rekorda imza atıb
-
01:04
DÇ-2026-da yarımfinalın ilk cütü müəyyənləşdi
-
00:58
DÇ-2026: İspaniya yarımfinalda
-
23:15
“Araz-Naxçıvan” məşqlərə başladı
-
22:59
Yuri Vernidub: “Qələbə qazanmaq xoşdur”
-
21:24
"Neftçi"dən böyük hesablı qələbə
-
20:49
Azərbaycan güləşçisi Avropa çempionatının finalında
-
18:33
“Mançester Siti”dən qapıçı transferi
-
18:07
Şahmat Olimpiadasında iştirak edəcək millilərimizin heyəti müəyyənləşib
-
17:52
Azərbaycan çempionunda yeni müqavilə
-
16:41
Azərbaycan futbolunda 13 il sonra tarixi uğur təkrarlanıb
-
16:25
“Araz-Naxçıvan” braziliyalı qapıçı transfer etdi
-
15:58
“Karvan-Yevlax”da yeni baş məşqçi
-
15:30
Coko Haciyevski: “Neftçi” kimi, “Sileks” də tarixi klubdur”
-
15:16
Zubir Azərbaycan klublarının Avropa Liqasında 300-cü qolunu vurub
-
14:49
“Şəfa" fransız yarımmüdafiəçi ilə gücləndi
-
14:24
Boksçularımız Almaniyada beynəlxalq turnirdə iştirak edəcəklər
-
14:03
Ramalinqomun yeni klubu müəyyənləşdi
-
13:37
İsgəndərlinin komandası Konfrans Liqasına məğlubiyyətlə başladı
-
13:12
“Sumqayıt”ın yeni baş məşqçisi klubun infrastrukturu ilə tanış olub FOTOLENT
12.07.2026
11.07.2026
10.07.2026























