23 Noyabr 2026, Bazar ertəsi
Premyer Liqamızda yeni rekord
Vernidub qələbəni şərh etdi
Bekiri: “Qələbəyə layiq idik”
U-20 millimiz İraqa qalib gəldi

Ölkə futbolu

Coko Haciyevski: “Neftçi” kimi, “Sileks” də tarixi klubdur”

“Mən hazırda Bolqarıstanda işləyirəm. “Sileks” də Konfrans Liqasında Minsk “Dinamo”suna qarşı ilk oyununu bu ölkədə keçirdi. Şimali Makedoniya təmsilçisi penaltidən vurduğu qolla 1:0 hesablı qələbə qazandı. Bu, cavab oyunu öncəsi yaxşı üstünlükdür”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri uzun illər ölkəmizdə çalışmış, milli komandamızın, “Bakı”nın və “Simurq”un baş məşqçisi olmuş Coko Haciyevski deyib.

Məlum olduğu kimi, “Neftçi” UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Dinamo” (Minsk, Belarus) - “Sileks” (Şimali Makedoniya) cütünün qalibi ilə üz-üzə gələcək. Tərəflər arasında baş tutan ilk matçda Şimali Makedoniya təmsilçisi səfərdə 1:0 hesablı qələbə qazanıb.

Haciyevski qeyd edib ki, ilk matçdakı qələbəyə baxmayaraq, indidən “Sileks”in “Neftçi”yə rəqib olacağını əminliklə söyləmək tezdir:

“Bəli, səfərdə qələbə qazanmaq yaxşı üstünlükdür. Lakin bunun ardını cavab oyununda da gətirmək lazımdır. “Neftçi”yə məhz “Sileks” rəqib olsa, buna çox sevinərəm. Şimali Makedoniya və Azərbaycan klublarının üz-üzə gəlməsi mənim üçün hər zaman xoşdur”.

Təcrübəli mütəxəssis “Neftçi”nin potensial rəqibi haqda müsbət fikirlər səsləndirib: “Sileks” yaxşı komandadır. Baş məşqçiləri Aleksandar Vasoskidir. O, vaxtı ilə “Vardar”da mənim futbolçum olub. Sonra 5 il “Ayntraxt”da forma geydi. Çox yaxşı futbolçu idi. İndi də məşqçi kimi yaxşı nəticələr qazanır. Onunla yaxşı münasibətimiz var. Vasoski gözəl kollektiv formalaşdırıb. Düzdür, ölkə çempionatında daha yüksək yerlərə iddia edirdilər. Yekunda “Vardar” və “Şkendiya”dan geri qaldılar. Ümumilikdə isə “Sileks” hazırda Şimali Makedoniyanın 4 ən güclü klubundan biridir”.

Millimizin keçmiş baş məşqçisi “Sileks”lə bağlı bəzi detalları açıqlayıb: “Daha çox serb legionerlərə maraq göstərirlər. Bu da səbəbsiz deyil. Çünki “Sileks”in idman direktoru Serbiya millisinin keçmiş hücumçusudur. 3 ildir klubda çalışır. Çox yaxşı əlaqələri var və o, komandaya güclü futbolçular cəlb edə bilir. Açığı, yay fasiləsində “Sileks”də baş verən dəyişikliklər barədə geniş məlumata sahib deyiləm. Bildiyim odur ki, hücumdakı əsas futbolçuları ilə vidalaşıblar. Yeni oyunçular barədə isə məlumatsızam”.

“Neftçi” “Sileks”i keçə bilərmi?” sualını Haciyevski belə cavablandırıb: “Sileks” 3 dəfə ölkə çempionu olub, eləcə də Şimali Makedoniya kubokunu qazanıblar. Yəni “Neftçi” kimi, onlar da tarixi klubdurlar. Amma beynəlxalq oyunlarını doğma meydanda deyil, paytaxt Skopyedə keçirirlər. İnşallah, “Sileks” “Dinamo”nu mübarizədən kənarlaşdırar və “Neftçi”yə rəqib olar”.

İBRAHİM

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30