5 Oktyabr 2026, Bazar ertəsi
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Ölkə futbolu

“Ferentsvaroş”un baş məşqçisi: “Qarabağ” elə intensiv futbol oynadı ki...”

Macarıstanın “Ferentsvaroş” klubunun baş məşqçisi Borbeli Balaj “Qarabağ”a qarşı keçirdikləri yoxlama oyununu dəyərləndirib.

Futbolxeber.az-ın məlumatına görə, o, Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində Ağdam təmsilçisi üzərində 1:0 hesablı qələbədən sonra fikirlərini klubun saytına açıqlayıb.

“Ağır meydançada güclü rəqibə qarşı oynadıq. Futbolçular böyük mübarizə apardılar və onların yanaşmasından çox razı qaldım. Bu, bizim üçün faydalı hazırlıq oyunu oldu. Çünki “Qarabağ” matçın müəyyən hissələrində elə intensiv futbol oynadı ki, beynəlxalq arenada bununla mütəmadi qarşılaşacağıq.

İlk 10 dəqiqə bizim üçün uğurlu keçmədi. Daha sonra təşəbbüsü ələ aldıq və ilk hissənin sonuna qədər oyuna nəzarət etdik. Qolu da layiqincə vurduq. İkinci hissədə həm hücumda, həm də müdafiədə daha yaxşı çıxış etdik. Məşqlərdə üzərində işlədiyimiz bir çox elementləri meydanda gördük. Əlbəttə, hələ düzəltməli olduğumuz səhvlər var.

Nəticəyə sevinirəm. Amma bundan da vacibi odur ki, oyun baxımından irəliləmişik. Şans qazanan futbolçular da bundan yaxşı istifadə etdilər. Komandanın münasibətindən və əzmkarlığından razıyam, baxmayaraq ki, hələ inkişaf etməli olduğumuz məqamlar var”, - deyə Borbeli Balaj bildirib

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31