23 Noyabr 2026, Bazar ertəsi
Premyer Liqamızda yeni rekord
Vernidub qələbəni şərh etdi
Bekiri: “Qələbəyə layiq idik”
U-20 millimiz İraqa qalib gəldi

Ölkə futbolu

Yuri Vernidub: “Qələbə qazanmaq xoşdur”

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Serbiyanın “Radniçki Niş” klubuna qarşı keçirilən yoxlama oyunundan (3:0) danışıb.

Futbolxeber.az-ın məlumatına görə, ukraynalı mütəxəssis klubun saytına açıqlamasında deyib:

“Sınaq matçlarında əsas məsələ futbolçuları yoxlamaq, taktiki gedişlərin üzərində işləməkdir. Nəticə bir nömrəli vəzifə deyil, amma istənilən halda, qələbə qazanmaq xoşdur. Futbolçularımı təbrik edirəm. Yaxşı oyun keçirdik. Həm ilk, həm də ikinci hissədə meydana çıxan oyunçular əllərindən gələni etdilər. Bəzi futbolçuları fərqli mövqelərdə də yoxladıq. Yolumuza davam edirik. Artıq hazırlığın son mərhələsindəyik. Qarşıda daha bir oyunumuz var. Ondan sonra Bakıya qayıdacağıq. Bir-iki günlük istirahətdən sonra isə artıq Konfrans Liqası matçına hazırlaşacağıq. Komandanın vəziyyəti – həm fiziki, həm də mental cəhətdən yaxşıdır”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30