23 Noyabr 2026, Bazar ertəsi
Premyer Liqamızda yeni rekord
Vernidub qələbəni şərh etdi
Bekiri: “Qələbəyə layiq idik”
U-20 millimiz İraqa qalib gəldi

Ölkə futbolu

Zubir Azərbaycan klublarının Avropa Liqasında 300-cü qolunu vurub

"Qarabağ"ın futbolçusu Abdullah Zubirin UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Vestri" ilə oyununda vurduğu qol yubileylə əlamətdar olub.

Futbolxeber.az saytının Peşəkar Futbol Liqasına istinadən verdiyi məlumata görə, bu top Azərbaycan klublarının turnirdəki 300-cü qolu kimi tarixə düşüb.

Əvvəl UEFA Kuboku, sonradan UEFA Avropa Liqası adlanan turnirdə keçirilən əvvəlki 283 qarşılaşmada təmsilçilərimiz 298 qol vurmuşdu. "Qarabağ"ın İslandiya klubu üzərindəki 3:0 hesablı qələbəsi ilə bu rəqəm 301-ə yüksəlib.

Azərbaycan komandalarının həm avrokuboklarda, həm də bu turnirdə ilk qolu 1995/1996 mövsümündə qeydə alınıb. UEFA Kubokunun 1995-ci il avqustun 22-də keçirilən "Austriya" (Vyana, Avstriya) - "Kəpəz" görüşündə (5:1) Yadigar Süleymanov fərqlənib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30