23 Noyabr 2026, Bazar ertəsi
Premyer Liqamızda yeni rekord
Vernidub qələbəni şərh etdi
Bekiri: “Qələbəyə layiq idik”
U-20 millimiz İraqa qalib gəldi

Ölkə futbolu

“Araz-Naxçıvan” braziliyalı qapıçı transfer etdi

Yeni mövsümün hazırlığını davam etdirən “Araz-Naxçıvan” daha bir futbolçunun keçidini açıqlayıb.

Futbolxeber.az saytına klubun mətbuat xidmətindən verilən məlumata görə, braziliyalı qapıçı Artur Auqusto Da Silva ilə 1 illik müqavilə imzalanıb.

27 yaşlı qolkiper karyerası ərzində ölkəsinin “Desportivo Braziliya”, Portuqaliyanın “Oliveyrense” və “Feyrense” klublarının qapısını qoruyub. Da Silva son olaraq İndoneziyanın “Semen Padanq” komandasında çıxış edib.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsiya Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssuf Paro, Mustafa Əhmədzadə və Luka Dumançiçlə müqavilə imzalayıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30