9 Oktyabr 2026, Cümə
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları
“Şahdağ Qusar”dan darmadağın

Ölkə futbolu

Azərbaycan futbolunda 13 il sonra tarixi uğur təkrarlanıb

Avrokubokların I təsnifat mərhələsinin ilk oyunları Azərbaycan futbolu tarixinə ən uğurlu həftə kimi düşüb.

Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, klublarımızın hər üç oyunda qalib gəlməsi qitəmiqyaslı turnirlər tarixində ikinci belə hadisədir.

UEFA Çempionlar Liqasında "Sabah" TNS-i (Uels) 2:0, UEFA Avropa Liqasında "Qarabağ" "Vestri"ni (İslandiya) və UEFA Konfrans Liqasında "Zirə" "Torpedo"nu (Kutaisi, Gürcüstan) eyni – 3:0 hesabı ilə məğlub edib.

Komandalarımız bunadək yalnız bir dəfə həftə ərzində ən azı 3 oyun keçirib və hamısında qalib gəlib. 2013/2014 mövsümündə "İnter" "Mariehamn"ı (Finlandiya) 2:0, "Qarabağ" "Metallurq"u (Şimali Makedoniya) və "Xəzər Lənkəran" "Slima"nı (Malta) eyni - 1:0 hesabı ilə məğlub edib. Həmin qarşılaşmaların üçü də UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində baş tutub və 2013-cü il iyulun 11-də keçirilib.

13 ildən sonra 3 qələbə əldə olunsa da, bu dəfə daha yaxşı top fərqi qeydə alınıb. 2013-cü ildə qol buraxmayan üç klubumuz 4 qol vurubsa, yenə qapısını toxunulmaz saxlayan təmsilçilərimiz ikiqat çox - 8 dəfə rəqib qapısına yol tapıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31