14 Noyabr 2026, Şənbə
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi
Krivostyuk heyətdən çıxarıldı
13-cü turun oyun cədvəli açıqlandı

Xarici futbol

Almaniya DÇ-2026 ilə vidalaşdı

DÇ-2026-da 1/16 final mərhələsinin oyunları davam edir.

Futbolxeber.az saytının məlumatına görə, bu gün daha iki matç keçirilib.

Braziliya millisi Yaponiya ilə üz-üzə gəlib. Matç “sambaçılar”ın qələbəsi ilə yekunlaşıb.

Digər görüşdə isə dördqat dünya çempionu olan Almaniya yığması Paraqvayla qarşılaşıb. Matçın əsas vaxtında tərəflər hərəyə 1 dəfə fərqləniblər. Əlavə vaxtda qapılara qol vurulmayıb və belədə, qalibi penaltilər seriyası müəyyənləşdirib. Burada daha dəqiq oynayan Paraqvay mərhələ adlayıb. Almaniya isə mundialla 1/16 finalda vidalaşıb. 

DÇ-2026

1/16 final

29 iyun

Braziliya - Yaponiya - 2:1

Qollar: Kayşu Sano, 29 (0:1), Kazemiro, 56 (1:1), Qabriel Martinelli, 90+6 (2:1)

30 iyun

Almaniya - Paraqvay - 1:1, penaltilər seriyası: 3:4 

Qollar: Xulio Ensiso, 42 (0:1), Kay Havertz, 56 (1:1) 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30