10 Oktyabr 2026, Şənbə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Ölkə futbolu

“Qarabağ” "Partizan"ın müdafiəçisini transfer edir

“Qarabağ” tezliklə Serbiyanın “Partizan” klubunun müdafiəçisi Nihad Mujakiçin transferini rəsmən açıqlaya bilər.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Serbiya mətbuatı məlumat yazıb.

Məlumata görə, klublar bosniyalı mərkəz müdafiəçisinin keçidi ilə bağlı bütün detalları razılaşdırıblar. “Sportski zurnal” nəşrinin iddiasına əsasən, Belqrad təmsilçisi futbolçunu satmağa məcbur qalıb. Buna səbəb klubun 28 yaşlı oyunçunun aylıq 40 min avro məvacibini ödəməkdə çətinlik çəkməsidir.

Bildirilib ki, Ağdam klubu “Partizan”a bu transfer üçün bir neçə yüz min avro təzminat ödəyəcək.

Qeyd edək ki, Bosniya və Herseqovina millisinin üzvü olan Mujakiç ötən mövsümün birinci hissəsini icarə əsasında Türkiyənin “Eyüpspor”, qışdan sonra “Qaziantep” klubunda keçirib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31