25 Sentyabr 2026, Cümə
“Neftçi” Cavadovu təbrik etdi
Ayxan Abbasovdan qələbə şərhi
Millimiz Tacikistana qalib gəldi
“Kasıblar”ın lideri – “Şamaxı”

Ölkə futbolu

“Qəbələ” BATE-yə penaltilərlə uduzdu

Litvanın paytaxtı Vilnüsdə keçirilən “Ateitis Cup 2014” beynəlxalq turnirinə yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, “Qəbələ” Futbol Akademiyasının U-15 komandası yarışın son günündə III yer uğrunda matça çıxıb.  Turnirin B qrupunda 2-ci yeri tutan Mehman Yunusovun komandası A qrupunun ikincisi olan Belarus təmsilçisi BATE ilə görüşüb. Maraqlı mübarizə şəraitində keçən matçın əsas vaxtı 1:1 hesabilə yekunlaşıb. Penaltilər seriyasında daha dəqiq olan belaruslular 10:9 hesabilə qalib gəliblər. Beləliklə, “qırmızı-qaralar” yekunda 4-cü pillə ilə kifayətləniblər. Turnirin qalibi adını isə Litvanın Milli Futbol Akademiyası qazanıb. Turnirin təşkilatçısı olan “Ateitis” klubu 2-ci olub.

Qeyd edək ki, qrup mərhələsində “Feniks” (Kaunas, Latviya) və “Orbita” (Belarus) üzərində eyni - 2:1, “Dinamo”nu (Kiyev, Ukrayna) 4:0 hesabı ilə məğlub edən “Qəbələ” “Minsk”lə (Belarus) 0:0 hesablı heç-heçə edib. “Qəbələ” qrupdakı yeganə məğlubiyyətini turnirin qalibi olan Milli Futbol Akademiyası (Litva) ilə görüşdə alıb - 0:2.


gabalafc.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30