3 Avqust 2026, Bazar ertəsi
"Qarabağ" ciddi itki ilə üzləşdi
"Qəbələ"də braziliyalı qapıçı
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı

Ölkə futbolu

Erik Ramos: "Həm fərdi, həm də komanda şəklində güclüyük"

“Neftçi”nin yarımmüdafiəçisi Erik Ramos klubun rəsmi saytına açıqlama verib. Futbolxeber.az-ın məlumatına görə paraqvaylı futbolçu bütün oyunlara maksimum nəticə qazanmaq üçün çıxdıqlarını bildirib: "Mövsüm sona yaxınlaşdıqca çempionatın gərginliyi daha da artır. Artıq marafonun sonuna yaxınlaşırıq. Bütün oyunlara maksimum nəticə qazanmaq üçün çıxmalıyıq. Qarşıdakı matçlarda xal itkisinə yol vermək olmaz. İlk pillədə olmağımız bizi arxayınlaşdırmır. “Qarabağ”la oyun vacib olsa da həlledici deyil. Onu deyim ki, rəqibimiz güclü komandadı. Hələ bu oyundan sonra çempionatın bitməsinə 3 tur qalacaq. Həm fərdi, həm də komanda şəklində güclüyük. Çempionat bitəndən sonra kubokun finalı haqda düşünəcəyik. Bu yerə qədər gəlmişiksə, dayanmaq niyyətimiz yoxdu. Qızıl dubl etmək şansımız var.Komandanın fiziki-taktiki cəhətdən güclü olması kifayət etmir. Qələbələrimizin əsasında həm də komandadakı əhval-ruhiyyə dayanır. Burada bir ailə, bir yumruq kimi birləşmişik. “Neftçi”də oynamaq o deməkdir ki, sənə böyük etimad göstərirlər və biz bu etimadı sona kimi doğrultmalıyıq. Qarşıdakı görüşlərdə də güclü azarkeş dəstəyinə ehtiyacımız var. İnanıram ki, onlar da bizi tək buraxmayacaq".








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31