25 Oktyabr 2026, Bazar günü
Millimiz Andoraya qalib gəldi
Balayev(lər)in sual fobiyası... - YAZI
Kurban Berdıyev: “Xal itirdik”
“Neftçi” qələbəni əldən verdi

Ölkə futbolu

”Xəzər Lənkəran” poker iddiasındadı

 

“Xəzər Lənkəran” Topaz Premyer Liqasının XXIX turunda “Kəpəz”lə qarşılaşacaq. Futbolxeber.az-ın məlumatına görə, bu görüşdə "Xəzər Lənkəran" özünəməxsus pokerə imza ata bilər. Məsələ ondadır ki, cari mövsümdə baş tutan ilk 3 oyunda qələbə qazanan “ağ-yaşıllar” 4-cü dəfə rəqibini məğlub etməklə 1 çempionatda eyni rəqibdən 12 xal almağı bacaracaq.
 
Səfər oyunlarında minimal fərqli qələbələr qazanan “Xəzər Lənkəran” evdə darmadağın etdiyi rəqibi yenidən qonaq edəcək. Bu üzdən də mövsümdə 4-cü qələbənin qeydə alınması inandırıcı görünür. Ümumilikdə isə ardıcıl 6 qələbə qazanan cənublular bu seriyanı 7-yə çatdırmaq istəyindədir.
 
İlk dəfə 2004/05 mövsümündə qarşılaşan və yalnız çempionat çərçivəsində üz-üzə gələn rəqiblər indiyədək 11 dəfə üz-üzə gəlib. 9 qələbəsi olan “Xəzər Lənkəran” 1 dəfə heç-heçə və 1 dəfə məğlubiyyətə üzülüb. Top fərqində üstünlük isə aşkardır – 20:8. 
 
2004/05     21.12.2004     çempionat     e     2:0
2004/05     25.05.2005     çempionat     s     1:0
2005/06     13.11.2005     çempionat     e     1:1
2005/06     21.04.2006     çempionat     s     2:1
2010/11     17.10.2010     çempionat     s     1:4
2010/11     11.12.2010     çempionat     e     1:0
2011/12     28.10.2011     çempionat     e     1:0
2011/12     16.12.2011     çempionat     s     4:1
2012/13     10.08.2012     çempionat     e     4:0
2012/13     24.11.2012     çempionat     s     1:0
2012/13     06.04.2013     çempionat     s     2:1
 

lankaranfc.com






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31