25 Oktyabr 2026, Bazar günü
Millimiz Andoraya qalib gəldi
Balayev(lər)in sual fobiyası... - YAZI
Kurban Berdıyev: “Xal itirdik”
“Neftçi” qələbəni əldən verdi

Ölkə futbolu

Hakan Şükür: "Azərbaycanı öz ölkəmiz, məmləkətimiz kimi görürük"

“Veteranlar arasındakı oyunun təşkilatçılarına təşəkkür edirəm. Futbol ölkənizdə çox sevilir. Üstəlik, futbola dövlət səviyyəsində edilən qayğını vurğulamalıyıq”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Türkiyə futbolunun canlı əfsanəsi Hakan Şükür deyib. 

Hakan Şükür bu gün azərbaycanlı jurnalistlər üçün brifinq keçirib. “Qalatasaray”ın sabiq hücumçusu bu axşam “Bayıl Arena”da azərbaycanlı veteranlarla yoldaşlıq görüşündə meydana çıxacaq. 

O, Bakıya səfərinin ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı olduğunu bildirib: “Onun məzarını ziyarət etdik, dualarımızı etdik. Hazırkı ölkə başçısı İlham Əliyev də öz diqqət və qayğısını əsirgəmir. Gördüyü işlərlə əlaqədar onu da təbrik edirəm. Bu gün ölkənizdə futbola böyük məbləğdə sərmayə yatırılır. Uşaqların futbola cəlb edilməsi, onlar üçün bu cür şəraitin yaradılması çox vacibdir”.

Bu gün start verilən yeni layihə haqda da fikirlərini bölüşən Şükür məhəllə futbolu çox vacib olduğunu bildirib: “Biz də ilk addımlarımızı küçə futbolunda atdıq, daha sonra peşəkar komandalara cəlb edildik. Burdakı uşaqlar gələcəkdə məşhur simalardan olacaq və ölkənizə fayda verəcəklər. Azərbaycan “Avroviziya” mahnı müsabiqəsinə ev sahibliyi etdi. Çox mükəmməl təşkilatçılıqla yadda qaldı və bütün dünyaya önəmli insan yetişdirə biləcəyini sübut etdi. Buranı öz ölkəmiz, məmləkətimiz kimi görürük”. 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31