3 Avqust 2026, Bazar ertəsi
“Zirə”də gözlənilməz ayrılıq
ÇL-də pley-offun püşkü atıldı
"Qarabağ" ciddi itki ilə üzləşdi
"Qəbələ"də braziliyalı qapıçı

Ölkə futbolu

"Xəzər Lənkəran"ın heyətində 3 itki

Topaz premyer liqasının 28-ci turu çərçivəsində AZALla keçirilən matçdan sonra bir günlük istirahətə buraxılan “Xəzər Lənkəran”, dünəndən etibarən məşqlərini bərpa edib. Futbolxeber.az-ın məlumatına görə, dünən axşam saatlarında bərpa məşqini keçirən komanda bu gün səhər əsas meydanda günün ilk məşqini keçirib. Bir saat davam edən məşqdə futbolçular məşqçilər korpusunun verdiyi taktiki çalışmaları yerinə yetirdilər. Axşam daha bir məşq prosesi keçəcək “Xəzər Lənkəran”, sabah oyun öncəsi son məşqinə çıxacaq. Xatırladaq ki, 29-cu tur çərçivəsində komandanın rəqibi Gəncənin “Kəpəz” klubudur. Hazırda “Xəzər Lənkəran”ın heyətində Adrian Skarlatake və Vanderson Skarduelli zədədən əziyyət çəkir. Digər müdafiəçi Elnur Allahverdiyev isə son turda qırmızı vərəqə aldığından komandaya kömək edə bilməyəcək.


lankaranfc.com






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31