12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

Vüqar Əsgərov: “Araz Naxçıvan”da heç kim oyun satmayıb”

“I divizionda mübarizə aparan “Zirə” klubuna keçdiyim doğrudur. Müqavilə hələ bağlamamışıq. Amma sözləşmənin müddəti ilin sonuna kimi olacaq. “Araz Naxçıvan”la heç bir bağlılığım qalmayıb. Transfer vərəqim də özümdədir”. Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri milli komandamızın sabiq hücumçusu Vüqar Əsgərov deyib.

Təcrübəli forvard “Araz Naxçıvan”dan ayrılmasına belə münasibət bildirib: “Futbolda belə şeylər olur. Ayrılmağıma baxmayaraq, komandaya səmimi qəlbdən uğurlar arzulayıram. Əsas heyətə düşməməyimlə bağlı baş məşqçiylə söhbət etmədim. 29 yaşım var. O bilirdi ki, zədəmi yenicə sağaltmışam. Halbuki məni komandada saxlaya bilərdi. Mənə formamı bərpa etmək lazım idi. Amma bütün bunlar artıq keçmişdə qalıb”.

“Araz Naxçıvan”dan ayrılan digər futbolçu - Elhad Nəziridən fərqli olaraq, Vüqar Əsgərov komandada legionerlərin oyun satması fikri ilə razılaşmayıb: “Mən bu haqda heç nə bilmirəm. Ümumiyyətlə, buna inanmıram. Düşünmürəm ki, “Araz Naxçıvan”da kimsə oyun satsın. Komandada heç kim belə iş görməyib”.  








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30