1 Avqust 2026, Şənbə
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı
“Qarabağ” penaltilərdə məğlub oldu
“Neftçi” qələbə qazansa da...

Ölkə futbolu

Tyaqo və Stamenkoviçin cəzası bəllidi

Bu gün AFFA İntizam Komitəsinin nöövbəti iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının V turunun “Neftçi” - “Xəzər Lənkəran” oyununun 40-cı dəqiqəsində “Neftçi” klubunun 30 №-li futbolçusu Saşa Stamenkoviç sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Oyunun 90+3-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun 5 №-li futbolçusu Tyaqo de Xesus idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

“Simurq” - “Qəbələ” matçının 86-cı dəqiqəsində “Qəbələ” klubunun 12 №-li futbolçusu Aleksandru Benqa idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31