Ölkə futbolu
Tahir Gözəldən sərt açıqlamalar
"Dünən baş verənləri seyr etdikcə çox məyus oldum. Həqiqətən də çox üzüldüm. Həyatımda nadir hallarda belə üzülmüşəm. Penalti epizodunda 1 deyil, 2 qüsur var. Hakim penalti zamanı epiozda çox yaxın idi. Burda həm proses cərimə meydançasından kənarda baş verir, həm də açıq-aydın görünür ki, rəqib futbolçuya heç bir təmas yoxdu. Bir hakim bütün bunlara rəğmən belə qərar verirsə, mənim onun meydanı ədaləti qorumaq üçün çıxdığına şübhəm var". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl deyib.
Klubun rəsmi saytına verdiyi açıqlamada T.Gözəl Anar Salmanovun idarəçiliyi ilə bağlı AFFA və PFL rəsmiləri ilə görüşdüyün bildirib: "Səhərə kimi gözümə yuxu getməyib. Bu qədər çəkilən əziyyət bir fitlə puça getməməlidir. "Qarabağ"da hər kəs bu mövsüm üçün böyük əzmkarlıq nümayiş etdirir. Çempionluğa oynamaq böyük iradə və həvəs tələb edir. "Qarabağ" bu il heç bir zaman olmadığı kimi iradəsini ortaya qoyub. Bu il "Qarabağ"ın arzusu, motivasiyası, yanğısı ötən illərlə müqayisədə inanılmaz bir həddə gəlib çıxıb. Biz getdikcə mənən daha da böyüyürük. Daha böyük uğurlar qazanmaq iqtidarındayıq. Amma baxırsan ki, bütün çəkilən əziyyətlər, bütün mücadilə bir hakimin haqsız fitiylə hədər gedir. "Qarabağ"ın əldə etdiyi uğurlar meydanda tökülən alın tərinin hesabınadır. Mən komandamızın statistikasına baxıram: 3 gündən bir bu uşaqlar meydanda 11 km qaçırlar. Onların zəhmətini belə "qırmamalıydılar". Mən "Neftçi"ni "Qarabağ"la 1:1 bərabərə qalması münasibətiylə təbrik edirəm. Onlar üçün bu gözəl nailiyyətdir. Mən penaltini qəbul etmirəm. Rəqibin vurduğu penaltinin futbolla heç bir əlaqəsi yox idi. Və bilsinlər ki, "Qarabağ" daima "Neftçi"nin əzəli rəqibi olacaq. Çünki, "Qarabağ" da "Neftçi" kimi tarixi keçmişi olan bir klubdur. Bunu hamı görür, bilir və biləcəklər. Bu futboldu. Biz udmağı da, heç-heçə oynamağı da bacarırıq. Amma baş verən son olay dəhşətli, qəbuledilməzdi. Bugün gedib şəxsən AFFA-nın baş katibi Elxan Məmmədovla PFL-in prezidenti Ramin Musayevlə görüşdüm. Hər 2 qurum rəhbərliyindən belə neqativ halların bir daha yaşanmaması üçün nələrinsə etmək lazım gəldiyini vurğuladım. Sevindirici haldır ki, həm Ramin bəy, həm də Elxan bəy olayın ciddiyyətini qəbul etmiş və "Qarabağ"ın haqsızlığa uğradığını etiraf etdilər. Bildirdilər ki, məsələylə bağlı araşdırmalar davam edir. Əminəm ki, məsələylə bağlı futbol qurumları ən düzgün qərarı qəbul edəcəklər. AFFA və PFL düzgün və şəffaf çempionatın keçirilməsində maraqlıdırlar. Çünki, AFFA Azərbaycan futbolunun dünya çapında inkişafını istəyir və bunun üçün çalışır.
Mən "Neftçi"yə xəbərdarlıq edirəm. Siz gələn həftə daha da iradəli, əzmkar "Qarabağ" görəcəksiniz. Biz sınmadıq. Əksinə baş verənlər bizi daha da motivasiyalı edib. İstənilən halda biz bütün Azərbaycana öz iradəmizi göstərəcəyik. Cavab görüşündə bütün gücümüz, ruhumuz, canımızla mübarizə aparacağıq. Görüşün nəticəsi nə olacaq bilmirəm. Bu futboldu. Amma onu deyə bilərəm ki, bu görüşdə klub başqanı olaraq bu matça qədər heç vaxt göstərmədiyim iradəmi ortaya qoyacam. Komandam da bilsin ki, bu matç mənə çempionluq, final görüşü kimi qiymətlidir. Biz sübut etməliyik ki, axan çayın qarşısı bir daşla alına bilməz. Biz o daşı aşacağıq və hədəfimizə çatacağıq".
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
-
10:00
Breno Almeyda: “Çempion biz olacağıq”
-
09:39
"Gənclərbirliyi"ndən darmadağın VİDEO
-
09:17
Mahirdən məhsuldar ötürmə, “Rakuv”dan qələbə
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
03.11.2026
02.11.2026
























