29 Avqust 2026, Şənbə
Denzel Jubitana “Neftçi”də
III turun hakim təyinatları açıqlandı
"Qarabağ"ın "Xaric segah"ı...
"Qarabağ" "Tvente"yə məğlub oldu

Ölkə futbolu

Millimizin sabiq üzvü: “Polşa və Rumıniya klublarından təklif almışam”

“Mövsüm başa çatandan sonra “İnter”dən gedəcəyəm. Bu, dəqiqdir”. Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri millimizin sabiq üzvü, “İnter”də çıxış edən Elhad Nəziri deyib.

Gənc futbolçu ölkə xaricindən təklif aldığını qeyd edib: “Polşa və Rumıniya klublarından təklif almışam. Amma mən karyeramı Azərbaycanda davam etdirmək istəyirəm. Daha 1 il burada forma geyib, sonra xaricə üz tutmaq fikrindəyəm. Azərbaycana qayıdışım çox uğursuz alındı. Bunun günahkarı da özüməm. Arxayınçılıq insanı həmişə çətin vəziyyətə salır”.

Nəziri maddi məsələlərin onün üçün önəm daşımadığını deyib: “Yerli klubdan da təklif var. Mövüm başa çatdıqdan sonra menecerimlə hər şeyi ətraflı müzakirə edəcəyik. Təklif aldığım xarici klubların səviyyəsi heç də aşağı deyil. Sadəcə olaraq, özüm burada qalıb, formamı bərpa etmək, eləcə də oyun praktikamı artırmaq istəyirəm. Bu dəfə xaricə tam hazır vəziyyətdə yollanmaq fikrindəyəm. Mənim üçün sözləşmənin maddi tərəfi böyük önəm daşımır. Əsas odur ki, daha çox oynamaq şansı qazanım”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31