25 Oktyabr 2026, Bazar günü
Balayev(lər)in sual fobiyası... - YAZI
Kurban Berdıyev: “Xal itirdik”
“Neftçi” qələbəni əldən verdi
DÇ: Millimizdən darmadağın

Ölkə futbolu

“Qarabağ”ın sabiq məşqçisi: “Bu heyətlə Avropada uğur qazanmaq çətindi”

“Qarabağ”lıları ürəkdən təbrik edirəm. Komandaya Çempionlar Liqasında da uğurlar arzu edirəm”. Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri “Qarabağ”ın sabiq məşqçisi Mehmet Ak deyib.

Türkiyəli mütəxəssis keçmiş klubunun uzun fasilədən sonra Azərbaycan çempionu olmasına belə münasibət bildirib: “Qarabağ”la ən son ölkə kubokunu qazanmışdıq. İndi isə ölkə çempionu oldular. İnanıram ki, komanda uğurlarının ardını gətirəcək. Baş məşqçi Qurban Qurbanova da təbrik mesajı yolladım. Sizin vasitənizlə də buradan bütün “Qarabağ” azarkeşlərini təbrik edirəm. Xeyirli-uğurlu olsun”.

Mehmet Ak Avropada uğur qazanmaq üçün “Qarabağ”ın güclənməli olduğunu düşünür: “Qarabağ” çempionluğu sərgilədiyi baxımlı futbola, nümayiş etdirdiyi xarakterə və mübarizə əzminə görə qazandı. Lakin bu heyətlə Avropada uğur qazanmaq çətindi. Ən azı 5 yüksək səviyyəli transfer reallaşdırmaq lazımdı”. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31