25 Oktyabr 2026, Bazar günü
Balayev(lər)in sual fobiyası... - YAZI
Kurban Berdıyev: “Xal itirdik”
“Neftçi” qələbəni əldən verdi
DÇ: Millimizdən darmadağın

Ölkə futbolu

Nikolov: “Tsxadadze ilə əməkdaşlığımızı davam etdirmək istəyirik”

“İnter” PİK-in prezidenti Georgi Nikolov klubun rəsmi saytına açıqlama verib. Futbolxeber.az-ın məlumatına görə, Nikolov həm “Qarabağ” komandasını çempion olması münasibətilə təbrik edib, həm “bankirlər”in baş məşqçisi Kaxaber Tsxadadzenin klubdakı gələcəyi barədə fikirlərini açıqlayıb: “Oyunda qeydə alınan hesaba baxmayaraq qarşılaşma hər iki komanda üçün kifayət qədər mübariz şəraitdə və ağır keçdi. Birinci hissədə qol vurmaq üçün şanslarımız oldu, lakin vəziyyətlərdən yararlana bilmədik. “Qarabağ”ı çempion olması münasibətilə təbrik edirəm və komandaya Çempionlar Liqasında uğurla çıxış etməsini arzulayıram.

Son zamanlar məşqçimiz Kaxaber Tsxadadze barədə bir sıra fikirlər səsləndirilir. Qeyd etmək istəyirəm ki, bu mütəxəssislə imzalanmış müqavilədə komanda mövsümün yekunlarına görə ilk üç yeri tutduğu zaman və ya avrokuboklarda iştirak hüququ qazandığı təqdirdə müqavilə müddətinin avtomatik olaraq daha bir il uzadılmasını nəzərdə tutan xüsusi bənd var. Biz həmin bəndə əsasən müqavilə müddətini uzatmaq istəyirik. Biz bu mütəxəssislə bir neçə ildir uğurla əməkdaşlıq edirik və birgə işimizi davam etdirmək istəyirik”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31