30 Avqust 2025, Şənbə
Sergen Yalçın yenidən “Beşiktaş”da
Kurban Berdıyevdən qələbə şərhi
İliç: "Qələbə seriyamız bitsə də..."
Santuş millinin heyətini açıqladı

Ölkə futbolu

Reynaldo iki rekorda birdən imza atdı

Azərbaycan Premyer Liqasının 34-cü turunun “İnter”lə oyununda 3 qol vurmaqla 4:1 hesablı qələbədə pay sahibi olan Reynaldo Silva “Qarabağ”ın tarixinə düşüb. Futbolxeber.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, braziliyalı legioner Ağdam təmsilçisinin Azərbaycan çempionatları tarıxindəki rekordunu yeniləyib.
 
Cari çempionatda qol sayını 22-yə çatdıran cənubi amerikalı “Qarabağ”ın heyətində bir mövsümdə ən çox fərqlənən oyunçu ünvanına yiyələnib. Reynaldo 2003/04 mövsümündə 20 qolla çempionatın ən sərrast futbolçusu olan Samir Musayevin rekordunu 2 top üstələyib.
 
Reynaldo həm də ölkəmizdə bir mövsümdə ən çox qol vuran braziliyalı adına sahib çıxıb. O, ötən mövsüm AZAL-da 21 qol vuran Junior Nildonun göstəricisini arxada qoyub. Premyer Liqada ən çox qol vuran legionerlər arasında isə Reynaldo 2-cidir. Braziliyalı elə ötən mövsüm 26 topa sevinən Nikolas Kanalesdən 4 top geri qalır. Çilili bombardir rekorda “Neftçi”də imza atmışdı.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31