11 Sentyabr 2026, Cümə
V turun hakim təyinatları açıqlandı
Yankoviç “Turan Tovuz”da
“Zirə”də mərakeşli müdafiəçi
Dadaşov Ukrayna klubunda

Basketbol

"Rəqib sona qədər döyüşəcək"

“Rəqib sona qədər döyüşəcək”.

Futbolxeber.az saytının məlumatına görə, bunu "Lənkəran"ın kapitanı Rəşid Abbasov basketbol üzrə Azərbaycan Kubokunun 1/8 finalında NTD-yə qarşı oynayacaqları matçla bağlı klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, sabiq komandasının yaxşı heyətə malik olduğunu söyləyib: "NTD yaxşı komandadır. Onlar hər oyuna qələbə qazanmaq üçün çıxırlar. Güclü məşqçilər heyəti var. Rəqib sona qədər döyüşəcək. Onların Əkbər Məmmədov kimi dəyərli yerli oyunçusu var. Mövsümün əvvəlində NTD-nin vəziyyəti elə də yaxşı deyildi. Hazırda heyətləri tam dəyişib. Kluba yeni legionerlər qoşulub. Daha güclü olublar. Amma deməzdim ki, bu bizim üçün çox fərq edəcək. Çünki hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Çətin olacaq. Amma inanıram ki, qalib gələ bilərik. Kubok 3+2 sistemi ilə oynanıldığı üçün hər bir matçda qələbə şansı var".

Qeyd edək ki, "Lənkəran" - NTD matçı yanvarın 28-də, saat 14:00-da Lənkəran Olimpiya İdman Kompleksində keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30