20 Oktyabr 2026, Çərşənbə axşamı
Asif Məmmədovdan 18 ilin rekordu
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”
Vernidub: “Son 2 oyunda 4 xal itirdik”

Basketbol

"Uduza bilərik, amma heç vaxt təslim olmuruq"

"!NTD uduza bilər, amma heç vaxt təslim olmur".
 
Futbolxeber.az saytının məlumatına görə, bunu NTD-nin baş məşqçisi Tahir Baxşıyev "Sabah"a qarşı Azərbaycan Basketbol Liqasının IX turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
 
Təcrübəli mütəxəssis məğlubiyyətə görə üzgün olduqlarını bildirib: “Komandanın heyəti gənclərdən təşkil olunub. Daha əvvəl rəhbərliklə birgə bizi hansı nəticələrin gözlədiyini bilirdik. Son üç oyunu Əkbər Məmmədov zədə səbəbindən buraxdı. O, bizim üçün çox böyük qüvvədir. Mövsümün başlanğıcında Əkbər Məmmədovun bizə xeyir verəcəyini ümid edirdik. Təəssüf ki, zədələndi. Onun mövqeyi elədir ki, bütün oyun sistemimizi dəyişir".
 
Mütəxəssis yanvarda komandada dəyişikliklərin olacağını bildirib: "Hansı oyunçuların komandanı tərk edib, hansılarının qalacağını indidən deyə bilmərəm. Azarkeşlərimiz ruhdan düşməsinlər. Biz qayıdacağıq və yaxın zamanda hamı bunu görəcək”.
 
Qeyd edək ki, NTD - "Sabah" qarşılaşması ikincilərin 94:67 hesablı qələbəsi ilə yekunlaşıb.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31