Ölkə futbolu
Draqolyub Saviç: “Bu iki oyun göstərdi ki, biz çempion ola bilərik”
“Neftçi”nin yarımmüdafiəçisi Draqolyub Saviçin Futbolxeber.az saytına müsahibəsi
- Azərbaycan Premyer Liqasının 8-ci turunda “Qarabağ”la heç-heçə oynadınız. 3:3-lük bərabərliyi necə şərh edərdiniz?
- Çox gərgin və çətin oyun idi. Layiqli mübarizə apardıq. İkinci hissədə əks-hücumlara üstünlük verirdik. İstədiyimiz oyunu sərgiləyirdik. 3 qol vurduq. 1 qolumuz da sonradan VAR-ın qərarı ilə ləğv olundu. Biz “Neftçi”yik, sona qədər mübarizə aparmalıyıq.
- Qələbə hesabını qorumaq üçün nə çatışmadı?
- Dəqiq səbəb göstərmək çətindir. Lakin əminliklə deyə bilərəm ki, bu nəticə bizi daha da güclü edəcək.
- Bu matçda həm də “Neftçi”də qol hesabını açdınız...
- Bəli, buna görə şadam. Digər tərəfdən isə ikinci qolumun hesaba alınmamasına və yekunda qələbə qazana bilmədiyimizə görə məyusam.
- Necə düşünürsünüz, bu qol növbəti matçlarda əsas heyətdə yer almağınıza kömək edə bilər?
- Bu barədə nəsə deyə bilmərəm. Mən “Neftçi”nin bir parçası olduğum üçün xoşbəxtəm. Hər zaman da komandaya kömək etməyə hazıram. Baş məşqçi nə zaman şans versə, əlimdən gələni edəcəyəm. Məqsədim komandama faydalı olmaqdır.
- Azarkeşlər barədə nə deyə bilərsiniz?
- Heyranedici, möhtəşəm idilər. Azarkeşlərimiz bizim üçün çox vacibdirlər. Onlar həqiqərən də 12-ci oyunçudurlar. Vurduğum qolu fanatların önündə qeyd etmək çox xoş idi.
- İki iddialı rəqib – “Sabah” və “Qarabağ”la oyunlarda “Neftçi” 2 xal qazandı, yoxsa 4 xal itirdi?
- Bu iki oyun göstərdi ki, biz çempion ola bilərik. Məncə, 2 xaldan daha artığına layiq idik. İstəyimizə çatmaq üçün daha çox çalışmalıyıq.
- Növbəti turda daha bir iddialı rəqib – “Turan Tovuz”la üz-üzə gələcəksiniz. Həmin matçdan gözləntiləriniz nədir?
- Maraqlı oyun olacaq. Rəqib güclü olsa da, bizim hədəfimiz yalnız və yalnız qələbədir. Doğma azarkeşlərimiz önündə oynayacağıq. Çox istərdim ki, həmin matçda bizi dəstəkləyənlərin sayı daha çox olsun. Çünki fanatlar gücümüzə güc qatırlar. Biz də onları sevindirmək üçün əlimizdən gələni edəcəyik.
İbrahim Cəfərov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
11:25
Elvin ehtiyatda qaldı, klubu uduzdu
-
10:53
"Milan" - "Atalanta" matçında 5 qol VİDEO
-
10:39
Draqolyub Saviç: “Bu iki oyun göstərdi ki, biz çempion ola bilərik”
-
10:14
"Arsenal"dan sonda sevindi VİDEO
-
09:41
Zamiq oynamadı, komandası 3 xal qazandı
-
09:27
"Mançester Yunayted" səfərdə büdrədi VİDEO
-
09:00
Krivotsyukun komandasından əzmkar qələbə
-
21:17
Gəncədə qarşılıqlı qollar VİDEO
-
21:00
Rəşad Sadıqov: “Hər şeyi mətbuat konfransında danışmaq olmur”
-
20:23
“Turan Tovuz” uduzdu, “Zirə” məğlubiyyətdən qaçdı
-
19:55
"Turan Tovuz"un məğlubiyyəti VİDEO
-
19:29
Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazanıb
-
18:31
II Liqa: 3 oyunda 16 qol
-
18:04
Berdiyev məğlubiyyəti şərh etdi
-
17:42
“Kəpəz” - “Zirə”: Heyətlər müəyyənləşdi
-
16:16
Azərbaycan Premyer Liqası: 2 turun oyun cədvəli açıqlandı
-
15:58
İtirilən 2 xal, qazanılan onminlərlə ürək...
-
15:37
"Barselona"dan 5 qollu qələbə VİDEO
-
15:23
Cüdoçularımız Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
-
15:00
"Roma" "Cenoa"ya qalib gəldi VİDEO
-
14:43
“Qarabağ” çempion olmaq istəyir”
-
14:15
"Fənərbaxça" "Alantaspor"a şans tanımadı VİDEO
-
13:51
Yevlaxda heyətlər açıqlandı
-
13:39
"Napoli" autsayderlə bacarmadı VİDEO
-
13:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:42
"Liverpul"dan əzmkar qələbə VİDEO
-
12:26
DÇ: Daha iki güləşçimiz medal qazanıb
-
11:57
Netonun dublu "Çelsi"yə qələbə qazandırdı VİDEO
-
11:38
Dadaşovun komandası böyük hesabla məğlub oldu
-
11:13
"Qalatasaray" avtoqolla sevindi VİDEO
-
11:00
Qustavo Klisman: “Vurduğum iki qolu “Neftçi”nin qələbəsinə dəyişərdim”
-
10:45
"İnter"dən geridönüş VİDEO
-
10:21
“Şahdağ Qusar”dan növbəti transfer
-
10:09
"Mançester Siti"nin qələbəsi VİDEO
-
09:54
Cəlal Hüseynovlu "Petrolul"dan xal itkisi
-
09:32
"Bavariya"dan darmadağın VİDEO
-
09:16
“Neftçi” azarkeşlərinin Qurban Qurbanova söz atması xoşuma gəlmir”
-
22:21
Azərbaycan derbisində 6 qol VİDEO
-
22:06
Qurban Qurbanov: “Bu komandanın adı "Qarabağ"dır, məsuliyyətsizlik ola bilməz”
-
21:47
Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
-
20:58
"Neftçi” qələbəni əldən verdi
-
20:32
PFL-dən “Qarabağ” və “Neftçi”yə xüsusi hədiyyə
-
19:45
Nəriman oynamadı, komandası qalib gəldi
-
18:23
Azərbaycan kuboku: II təsnifat mərhələsinin oyun cədvəlini açıqlandı
-
15:59
"Zirə" Gəncə Şəhidlər xiyabanını ziyarət etdi FOTOLENT
-
15:34
Samir Ələkbərov istefaya göndərildi
-
14:11
Tiaqo Almeyda: “Sumqayıt”ın məqsədi turnir cədvəlində daha yuxarı pillələrə qalxmaqdır”
-
13:47
Mbappe 500-ə çatdı
-
12:20
Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
-
11:58
FIFA U-20 dünya çempionatı 2027-nin brendi Bakıda nümayiş olunub FOTOLENT
19.10.2026
18.10.2026
17.10.2026























