Ölkə futbolu
İtirilən 2 xal, qazanılan onminlərlə ürək...
“Neftçi” qayıdır”, “Neftçi” qayıdası olmadı”, “Neftçi” yarıyoldan qayıtdı” – bu tip atmacalar son illər sosial şəbəkələrdə zarafat predmetinə çevrilmişdi. Rəqib komandanın azarkeşləri tez-tez flaqmanın uğursuzluqlarına bu cür atmacalarla reaksiya verirdilər. Həqiqətən də son illər çempionluq bir yana, “ağ-qaralar” hətta ilk üçlüyə, avrokuboklara belə həsrət qalırdı. Lakin dünən “Qarabağ”a qarşı keçirilən oyundan sonra artıq əminliklə söyləmək olar – “Neftçi” qayıtdı!
Əslində bu qayıdışın ilk işartıları ötən mövsümün sonunda görünürdü. Komanda əvvəlcə 5 illik uğursuz seriyaya son qoyaraq əzəli rəqibi “Qarabağ”ı məğlub etdi, daha sonra isə avrokubok həsrətinə son qoydu.
Flaqman cari mövsümə də uğurla start verdi. Artıq əvvəlki illərdən fərqli olaraq “Neftçi” “İmişli”, “Şəfa” kimi sıradan rəqiblərlə oyunlarda xal itirmir. Lakin əksəriyyət yenə də tələsmir, dəqiq “diaqnoz qoymaq üçün” 7-ci və 8-ci turları gözləyirdi. Çünki “Neftçi” əvvəlcə son çempion, daha sonra isə “Qarabağ”la üz-üzə gələcəkdi. Komandanın qayıdıb-qayıtmadığı, çempionluq mübarizəsinə nə qədər hazır olub-olmadığı məhz bu iki matçda bilinəcəkdi. Bilindi də! Son iki oyun göstərdi ki, “Neftçi” əzəmətini qaytarmaq yolundadır. Bəlkə də əvvəldən bu iki matçda iki xal “Neftçi” üçün yaxşı nəticə hesab olunacaqdı. Lakin bu gün qazanılan 2 xal təəssüflə qarşılanır. Çünki flaqman hər iki matçda rəqibi ilə müqayisədə qələbəyə daha yaxın idi. “Sabah”la görüşdə Simiçə verilməyən qırmızı vərəqə, son 10 dəqiqədə qaçırılan real qol epizodları, son saniyələrdə Pokatilovun fantastik seyvi – bütün bunlar qələbəyə mane oldu. Dünənki matçda isə “Neftçi” 89-cu dəqiqəyə qədər qələbəyə rəqibi ilə müqayisədə 2 addım daha yaxın olsa da, yekunda 1 xalla kifayətləndi...
Söhbət təkcə qazanılan nəticədən getmir. “Neftçi”nin sərgilədiyi oyun da alqışalayiqdir. Artıq əvvəlki kimi meydanda uduzmaqdan qorxan, aciz, güclü rəqiblərlə oyunlarda əsasən müdafiəyə diqqət ayıran “Neftçi” görmürük. Bu komanda futbol oynamağı bacarır. Bu komanda istənilən rəqibə qarşı başabaş mübarizə apara bilər. Bu komanda çempionluq uğrunda mübarizə apara bilər. Bu komanda hətta çempion da ola bilər...
Dünən təkcə meydanda yox, meydandan kənarda da komplektləşmiş, bir olan “Neftçi” var idi. 3 sektoru dolduran “ağ-qaralı” azarkeşlər minimum özlərindən 2 dəfə çox olan rəqib fanatları kölgədə qoymuşdular. Dünən bəzən eyni anda ehtiyat oyunçular skamyasından 6-7 nəfər ayağa qalxırdı, hansısa epizoda reaksiya verirdi. Bir sözlə, kollektiv bir yumruq kimi birləşmişdi. Rəhbəri, azarkeşi, futbolçusu, məşqçisi, tərcüməçisi, inzibatçısı, həkimi ilə birgə...
Dünən “Neftçi”nin itirdiyi iki xal oldu. Qazandıqları isə bundan qat-qat artıq idi...
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
15:58
İtirilən 2 xal, qazanılan onminlərlə ürək...
-
15:37
"Barselona"dan 5 qollu qələbə VİDEO
-
15:23
Cüdoçularımız Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
-
15:00
"Roma" "Cenoa"ya qalib gəldi VİDEO
-
14:43
“Qarabağ” çempion olmaq istəyir”
-
14:15
"Fənərbaxça" "Alantaspor"a şans tanımadı VİDEO
-
13:51
Yevlaxda heyətlər açıqlandı
-
13:39
"Napoli" autsayderlə bacarmadı VİDEO
-
13:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:42
"Liverpul"dan əzmkar qələbə VİDEO
-
12:26
DÇ: Daha iki güləşçimiz medal qazanıb
-
11:57
Netonun dublu "Çelsi"yə qələbə qazandırdı VİDEO
-
11:38
Dadaşovun komandası böyük hesabla məğlub oldu
-
11:13
"Qalatasaray" avtoqolla sevindi VİDEO
-
11:00
Qustavo Klisman: “Vurduğum iki qolu “Neftçi”nin qələbəsinə dəyişərdim”
-
10:45
"İnter"dən geridönüş VİDEO
-
10:21
“Şahdağ Qusar”dan növbəti transfer
-
10:09
"Mançester Siti"nin qələbəsi VİDEO
-
09:54
Cəlal Hüseynovlu "Petrolul"dan xal itkisi
-
09:32
"Bavariya"dan darmadağın VİDEO
-
09:16
“Neftçi” azarkeşlərinin Qurban Qurbanova söz atması xoşuma gəlmir”
-
09:00
“Turan Tovuz” və “Zirə”nin səfər sınağı
-
22:21
Azərbaycan derbisində 6 qol VİDEO
-
22:06
Qurban Qurbanov: “Bu komandanın adı "Qarabağ"dır, məsuliyyətsizlik ola bilməz”
-
21:47
Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
-
20:58
"Neftçi” qələbəni əldən verdi
-
20:32
PFL-dən “Qarabağ” və “Neftçi”yə xüsusi hədiyyə
-
19:45
Nəriman oynamadı, komandası qalib gəldi
-
18:23
Azərbaycan kuboku: II təsnifat mərhələsinin oyun cədvəlini açıqlandı
-
15:59
"Zirə" Gəncə Şəhidlər xiyabanını ziyarət etdi FOTOLENT
-
15:34
Samir Ələkbərov istefaya göndərildi
-
14:11
Tiaqo Almeyda: “Sumqayıt”ın məqsədi turnir cədvəlində daha yuxarı pillələrə qalxmaqdır”
-
13:47
Mbappe 500-ə çatdı
-
12:20
Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
-
11:58
FIFA U-20 dünya çempionatı 2027-nin brendi Bakıda nümayiş olunub FOTOLENT
-
11:35
Azərbaycanın yeniyetmə taekvondoçuları təlim-məşq toplanışı keçiriblər
-
11:12
2 boksçumuz dünya çempionatına qələbə ilə start verib
-
10:46
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:23
"Ayntraxt" sonda sevindi VİDEO
-
10:09
Şeydayev oynadı, komandası qalib gəldi
-
09:54
"Frozinone" - "Sassuolo" matçında 6 qol VİDEO
-
09:31
Mahirin komandasından mövsümdə ikinci qələbə
-
09:17
“Karvan-Yevlax” 3 xalı 2 qolla qazandı VİDEO
-
09:00
“Qarabağ” - “Neftçi”: Hamı stadiona!
-
23:56
Millimiz Çexiyaya məğlub oldu
-
22:47
"Sumqayıt"dan əzmkar qələbə VİDEO
-
22:09
Kandido: “Qələbəyə layiq idik”
-
21:30
Maksimov məğlubiyyəti şərh etdi
-
20:58
"Şamaxı" və "Sumqayıt"dan qələbə
-
20:13
Şamaxıda 5 qol VİDEO
18.10.2026
17.10.2026
16.10.2026






















